2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Özbəkistan naziri Ukraynaya dəstək bildirəndən sonra…

Onun Ukraynanın ərazi bütövlüyünə dəstək bildirəndən iki gün sonra “xəstələndiyi” və xaricdə müalicə olunduğu xəbər verilib

Saytların yığılması Saytlarin yigilmasi

Özbəkistanın xarici işlər naziri Abdulaziz Komilovun Ukraynanın ərazi bütövlüyünə dəstək bildirəndən iki gün sonra “xəstələndiyi” və xaricdə müalicə olunduğu xəbər verilib.

Xarici İşlər Nazirliyinin martın 29-da verdiyi bəyanatda deyilir ki, Komilov bundan 10 gün əvvəl də Daşkənddə “naməlum xroniki xəstəlikdən” müalicə olunurdu, lakin hazırda müalicəsinin davam etdirilməsi üçün xarici ölkəyə aparılıb.

Söhbətin hansı xarici ölkədən getdiyi bildirilmir.

Komilov martın 17-də parlamentdə çıxış edərkən demişdi ki, Özbəkistan Ukraynada Rusiyanın müstəqil elan etdiyi qondarma Donetsk və Luqansk “xalq respublikalarını” tanımır.

“Birincisi…”

O habelə Ukraynada davam edən münaqişənin “dinc yolla” həllinə çağırmışdı:

“Birincisi hərbi hərəkətlər və zorakılıq dərhal dayandırılmalıdır. Özbəkistan Respublikası Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır. Biz Luqanks və Donetsk respublikalarını tanımırıq”.

Komilov əlavə etmişdi ki, Özbəkistan hökuməti ölkənin Rusiya üzərinə qoyulmuş sanksiyalardan təsirlənməməsi üçün tədbirlər üzərində işləyir.

Martın 21-də Kreml bildirirdi ki, Rusiya prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə teelfonda danışaraq Ukraynadakı vəziyyəti müzakirə edib.

Kreml bildirirdi ki, Mirzoyoyev söhbət zamanı “Rusiya tərəfinin mövqeyini və hərəkətlərini başa düşdüyünü” söyləyib.

24 saat” “
Özbəkistan naziri Ukraynaya dəstək bildirəndən sonra…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button