2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Özbəkistan “rəhbərə məddahlığı” qadağan edir

Özbəkistan və onun qonşusu olan keçmiş sovet respublikalarında avtokrat liderlərlərə mədhiyyələr oxumağın dərin tarixi var. Amma rəsmi Daşkənd indi bu qədim ənənə ilə birdəfəlik vidalaşmaq istəyir.

Əgər bu baş tutarsa, Özbəkistan bütün Mərkəzi Asiyada istisna olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Hakimiyyət orqanları elan ediblər ki, rəsmiləri mədh edən mahnıları oxuyan və onları yazanlara qarşı ağır cərimələr tətbiq olunacaq və hətta lisenziyaları əllərindən alınacaq.

Bu barədə bəyanat Özbəkistanın əyləncə sənayesinə rəhbərlik edən Özbəkkonsert trestinin iyunun əvvəllərində keçirilmiş iclasında verilib.

Təşkilatın rəhbəri Azamat Haydarov internetlə yayılan müraciətində deyib: “Ayrı-ayrı fərdlərə, dövlət başçılarının fəaliyyətinə kliplər qoşmaq etikasızlıqdır”.

Bu bəyanatdan az əvvəl bir özbək müğənni qadın yeni prezident Şavkat Mirziyoyevə həsr olunmuş mahnını oxuyandan sonra tənqid olunmuşdu.

49 yaşlı müğənni və aktrisa Dilfuza İsmoilovanın musiqi videosunda belə sözlər səslənirdi: “Qoy bu torpağın sultanı şərəflənsin”. Mahnı Youtube-da mayın 21-də yerləşdirilmişdi, lakin sonradan onu siliblər.

Mahnının sözlərində Mirziyoyev “gözəl sultan”, “Allahın yerdəki kölgəsi” və “sevilən məxluq” adlandırılır.

Videoda prezident Karimovun vaxtında 13 il baş nazir olmuş Mirziyoyevin özü də görünür.

AzadlıqRadiosunun Özbək xidmətinə müsahibəsində müğənni deyib ki, mahnı onun vicdanı ilə ürəyindən gəlib.

Buna baxmayaraq mahnı Özbəkistanda sosial media istifadəçilərinin kəskin tənqidi ilə üzləşmişdi. Bir çoxları narahat idilər ki, onların da ölkəsi qonşu Türkmənistanın gününə düşər.

Bu yaxınlarda Türkmənistan televiziyasında prezident Berdımuxammedovun anasını mədh edən mahnı səslənib.

Qadını “dünyaya belə bir insanı gətirdiyinə görə” mədh edirdilər.

Qazaxıstanda prezident Nazarbayevin həyatına həsr edilmiş üçseriyalı “Rəhbərin yolu” filmi çəkilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button