2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Özbəkistanda eyni mərkəz 700 minə, Azərbaycanda isə 12 milyona

“Azərbaycanda mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə uzun müddətdir ki, Respublika Süni Mayalanma Mərkəzinin inşası həyata keçirilirdi. Hər dəfə də müasir tələblərə uyğun yenidən qurulması adı ilə dövlət büdcəsindən külli miqdarda maliyyə vasaiti ayrılırdı. Düz 10 il əvvəl bu sahəyə büdcədən 4 milyon 140 min manat vəsait ayrılmışdı. Kənd Təsərrüfatı Nazirliyi 5 il əvvəl sayta yerləşdirdiyi məlumatda artıq Respublika Süni Mayalandırma Mərkəzinin istifadəyə verildiyini bəyan etmişdi: “Nazirlər Kabinetinin ”Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında” 2006-cı il 14 fevral tarixli 46 nömrəli qərarı qəbul olunmuş və bu qərarı yerinə yetirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının Süni Mayalama Mərkəzinin yaradılması və regionlarda süni mayalama şəbəkəsinin genişləndirilməsi” layihəsi hazırlanmış və təsdiq edilmişdir.

Saytların yığılması Saytlarin yigilmasi

Layihəni yerinə yetirmək məqsədi ilə dövlət büdcəsindən ayrılmış 4140,9 min manat vəsaitin müqabilində layihəyə əsasən aşağıdakı işlər görülmüşdür. Ilk növbədə Göygöl rayonunun ərazisində beynəlxalq təlblərə cavab verən Respublika Süni Mayalama Mərkəzi yaradılmışdır. Bu işdə Türkiyə modelindən istifadə olunmuş və Mərkəz üçün bina tikilib istifadəyə verilmişdir. Mərkəz üç hissədən ibarətdir: törədici heyvanların saxlandığı tövlə, törədici heyvanlardan toxum almaq üçün manec və hazır toxumu saxlamaq üçün bank. Mərkəzin laboratoriyası Fransadan alınıb gətirilmiş müasir avadanlıqlarla təchiz olunmuşdur. Mərkəzə Rusiyadan, Almaniyadan və Avstriyadan 21 baş törədici buğa və 6 baş damazlıq düyə alınmışdır. Damazlıq düyələrdən alınan erkək balalardan damazlıq buğalar yetişdirilir”.

O zaman keçmiş kənd təsərrüfatı naziri Ismət Abbasov Göygöl rayonunda yerləşən Respublika Süni Mayalandırma Mərkəzinin istifadəyə verildiyini bəyan etmişdi. Lakin 30 iyun 2016-cı ildə Prezidentin Sərəncamı ilə həmin kompleksin tikintisi məqsədi ilə dövlət büdcəsindən 8,4 milyon manat əlavə maliyyə vəsaiti ayrılmışdı. İndiyə kimi ümumilikdə bu mərkəzin tikintisi üçün dövlət büdcəsindən 12,5 milyon manatdan çox vəsait ayrılıb.

Araşdırmalar göstərir ki, digər ölkələrdə bundan da böyük mərkəzlərin inşası və müasir avadanlıqlarla təhcizatı 1,5-2 milyon dollara başa gəlir. Məsələn, Özbəkistanda inşa edilən mərkəzin müasir avadanlıqlarla təchiz edilməsi üçün 700 min avro xərclənib və təxminən bir o qədər də vəsait mərkəzin tikintisinə sərf olunub. Özbəkistanda fəaliyyət göstərən mərkəz Orta Asiya regionunda ən böyük Süni Mayalama Mərkəzi hesab olunur.”

Vahid Məhərrəmli

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button