2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Özbəkistanda “Kərimovun siyasi məhbusu” 23 ildən sonra azadlığa çıxıb

The Guardian” yazır ki, ömrünün 20 ildən çoxunu həbsxanada keçirmiş özbək siyasətçi prezident İslam Kərimovun vəfatından dərhal sonra azadlığa buraxılıb.

Məqalədə deyilir ki, Samandar Kukanov 1993-cü ildə mənimsəmə ittihamı ilə məhkum edilsə də, onun həbsxanaya atılmasının əsas səbəbi avtoritar prezidentə qarşı çıxması idi.

Saytların yığılması Saytlarin yigilmasi

23 il həbs yatmış Kukanovun indi 72 yaşı var. O həbs edilərkən Özbəkistanın millət vəkili idi və indi isə dünyanın ən uzun həbsxana cəzası çəkən siyasi məhbusu olub.

“The Guardian” yazır ki, Kukanovun azadlığa çıxmasını onun oğlu Sardorla telefon söhbətindən sonra kinorejissor Umida Axmedova təsdiq edib.

Daşkənddə mənzillənmiş insan haqları qrupu bildirir ki, Kukanovun məhbusluq müddəti ən azı bir dəfə uzadılmışdı. Son dəfə isə ötən oktyabrda onun həbs cəzasını daha üç il uzatmışdılar.

Kukanovun azadlığa buraxılması qərarını ölkənin keçid pezidenti Şavkat Mirziyoyevlə bağlayırlar.

Mirziyoyev Kərimovun 27 illik hakimiyyəti dövründə 13 il onun baş naziri vəzifəsini icra edib.

New York-da mənzillənmiş Human Rights Watch insan haqları təşkilatının Mərkəzi Asiya kuratoru Steve Swerdlow deyib ki, Kukanovun azadlığa buraxılmasında ABŞ hökuməti də daxil beynəlxalq diplomatik icmanın Özbəkistan hökumətinə birbaşa müraciəti əsas rol oynayıb.

Swerdlow deyib ki, əgər Şavkat Mirziyoyev doğrudan da bütün dünyaya öz hakimiyyətinin rejimin yaxşılaşdırılmasına xidmət edəcəyini göstərməkdə ciddidirsə, o daha çox siyasi dustağı həbsxanalardan azad etməli olacaq.

“The Guardian” yazır ki, insan haqlarını kobud surətdə pozan İslam Kərimov ölkəsinin Əfqanıstanla həmsərhəd olmasından Qərb və Rusiya ilə münasibətlərdə təzyiq vasitəsi kimi istifadə edirdi.

Məqalədə xatırladılır ki, əhalisi 32 milyon nəfər olan bu müsəlman ölkəsi pamblq, qızıl və qazla zəngindir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button