2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Özbəkistanda uşaqların ölümünə səbəb olan dərmanın Azərbaycana gətirilmədiyi bildirilir

Yayımlandı: 29 Dekabr 2022 23:58

Hindistan istehsallı öskürək dərmanının uşaqların böyrəklərində problem yaratdığı aşkarlanıb

Özbəkistanda 18 azyaşlının ölümünə səbəb olan Hindistanın “Mariom Biotech” firmasının istehsal etdiyi “Dok-1 Max” adlı öskürək dərmanının istehsalı dayandırılıb. Hindistanın hüquq mühafizə orqanları firmanın zavodunda araşdırmalara başlayıb. Türkiyə mətbuatının məlumatına görə, Hindistan bu dərmanı yalnız Özbəkistana ixrac etdiyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dərman Özbəkistanda həkim resepti ilə satılmır. Dərmanı içən uşaqların böyrəklərində problem yarandığı bildirilir. Özbəkistanda bu dərmanın satışı ilə bağlı tədqiqat aparılır və bir neçə nəfər saxlanılıb.

Meydan TV əməkdaşı sözügedən dərmanın Bakıdakı apteklərdə satılıb-satılmadığını öyrənmək üçün bir neçə aptekdə sorğu aparıb. “Kanon” apteklər şəbəkəsindən bildiriblər ki, Hindistan istehsallı dərmanlar satışda olsa da, “Dok-1 Max” dərmanları satışda olmayıb.

“Zəfəran” aptekindən də həmin dərmanın satılmadığını bildiriblər. Satıcılar deyiblər ki daha çox Türkiyə, Polşa, Almaniya və Rusiya istehsallı qrip və soyuqdəymə əleyhinə dərmanlara tələbat var.

Səhiyyə Nazirliyinin analtik ekspertiza mərkəzindən isə deyiblər ki, həmin dərmanlar Azərbaycana idxal edilməyib:

“Azərbaycana gətirilən dərmanların tərkibi araşdırılır, sonra idxalına icazə verilir”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button