iqtisadiyyatİqtisadiyyat

Özləri düzəldə bilmirlər, xaricdən gətirdikləri də əl yandırır

Rusiyanın avtomobil bazarında ehtiyat hissələrin və istehlak materiallarının qiymətində xeyli bahalaşma olub.

 

Bazar rəsmiləri bir çox detalların da Rusiya bazarında tamamilə tükəndiyini bildiriblər:

“Rusiyada ön şüşələr, kuzov hissələr, mühərriklər və istehlak materialları, o cümlədən yağ və yanacaq filtrləri yoxdur. Eyni zamanda paralel idxal vasitəsilə bütün komponentləri ölkəyə idxal etmək mümkün deyil”.

Çıxış yolu kimi avtomobil sahiblərinə avtomobilləri işlənmiş ehtiyat hissələri ilə təmir etmək təklif olunur.

Çıxış yolu kimi avtomobil sahiblərinə avtomobilləri işlənmiş ehtiyat hissələri ilə təmir etmək təklif olunur.

Qeyd olunub ki, bu ilin yanvarından Rusiyada ehtiyat hissələrinin qiyməti 35-65 faiz artıb. Bu tendensiya avropalı istehsalçıların ölkədən getməsi, qeyri-sabit valyuta məzənnəsi, eləcə də daha mürəkkəb logistika ilə bağlıdır. Əhəmiyyətli qıtlıq yaşayan brendlər arasında “Ford”, “Subaru”, “Suzuki”, “Reno”, həmçinin “Audi, Mazda” və “Volvo” var.

 

24 saatÖzləri düzəldə bilmirlər, xaricdən gətirdikləri də əl yandırır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  İndeksləşdirmə pensiyaçıları yoxsullaşmadan qorumayacaq?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button