2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Özümü xilas eləməyə çalışırdım, harasına vurduğumu bilmədim…”

Yayımlandı: 4 İyul 2022 18:40

“Məni döyürdü, boğurdu…”

Həyat yoldaşını öldürməkdə ittiham olunan 31 yaşlı Gülnar Vəlizadənin məhkəməsi başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır.

Gülnar Vəlizadə Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsilə ittiham olunur.

İttihama əsasən, o, həyat yoldaşına bıçaqla bir dəfə xəsarət yetirib və o, xəstəxanaya gec çatdırıldığına görə qanaxmadan ölüb.

Hadisə bu ilin yanvarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

Məhkəmədə ifadə verən Gülnar Vəlizadə bildirib ki, hadisə qəsdən törədilməyib.

Onun sözlərinə görə, dəfələrlə həyat yoldaşı – 1990-cı il təvəllüdlü Elşən Hadızadə tərəfindən şiddətə məruz qalıb. Hadisə günü də əri onu döyüb və boğub.

Elşən Hadızadə onu boğarkən xilas olmağa çalışdığını deyən təqsirləndirilən şəxsin sözlərinə görə, affekt vəziyyətdə əlini bıçağa atıb və ərinə bir dəfə zərbə endirib: “Məni döyürdü, boğurdu. Özümü xilas eləməyə çalışırdım. Heç harasına vurduğumu bilmədim…”

Məhkəmədə şahid dindirmələri zamanı üzə çıxıb ki, bir neçə saat Elşən Hadızadə özü Təcili Tibbi Yardım çağırmağa imkan verməyib.

Dostu Azad Əsədov iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilərkən bildirib ki, o, Elşəni gəlib yaralı vəziyyətdə görüb: “Mən onlara çatanda Elşən yaralı idi, amma normal danışırdı. Mənə dedi ki, həyətdə iş görəndə yıxılıb, bıçaq sinəsinə batıb. Mən onlara çatandan sonra Gülnar dərman almaq üçün aptekə getdi. Elşənə təklif elədim ki, təcili yardım çağıraq”.

“Elşən dedi ki, təcili yardım gəlsə, polisə xəbər edəcəklər. Ona görə etiraz elədi ki, təcili yardım lazım deyil. Amma bir az sonra özü təcili yardıma zəng vurdu. Bir neçə dəqiqədən sonra yenidən özü təcili yardıma zəng vurub dedi ki, gəlməsinlər. Gülnar dərman alıb gətirdi. Elşən Gülnarın adını vermək istəmirdi. Amma məni kənara çəkib dedi ki, onu Gülnar vurub. Tapşırdı ki, heç kim bilməsin…“, – deyə o bildirib.

Məhkəmədə Elşən Hadızadə və Gülnar Vəlizadənin birgə nikahdan olan oğlu – 7 yaşlı Hüseyn də dindirilib. Həm Hüseyn, həm də digər qardaşı ata nənələri Mahirə Hadıyevanın himayəsindədir.

Hüseyn məhkəmədə anasının əleyhinə ifadə verərək deyib ki, Gülnarın Elşənin başına tava vurduğunu, onu bıçaqladığını görüb.

Övladı bunları deyərkən təqsirləndirilən Gülnar Vəlizadənin vəziyyəti pisləşib, o huşunu itirib.

Gülnar Vəlizadənin qohumları isə Mahirə Hadıyevanı uşağı anası əleyhinə yönləndirməkdə ittiham edib.

Məhkəmə prosesi iyulun 18-də davam edəcək.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button