2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Özünü sanksiyalara, dövlət fəlakətə doğru aparan İlham Əliiyev

Hökumət ölkəni növbəti uçuruma yuvarlayır

Azərbaycan hakimiyyəti uzun illər ərzində avtoritar idarəçiliyə sadiq qalıb və beynəlxalq aləmi, ölkə ictimaiyyətini yalançı vədlərlə aldadıb. Hər dəfə demokratiyadan söz düşəndə iqtisadi məsələləri ön plana gətiriblər, müxtəlif manevrlərlə mətləbdən yayınmağa çalışıblar.

Amma dünya dəyişir, demokratiyanın sərhədləri genişlənir və avtoritarların manevr imkanları tükənir. Bu mənada Azərbyacan hakimiyyətinin də vəziyyəti ağırdı. Neft qiymətdən düşüb, sosial-iqtisadi vəziyyət ağırlaşır və Qərbin maliyyə dəstəyinə ehtiyac var. Ona görə də Azərbaycan hökuməti bir müddət əvvəl demokratiya imitasiyasına start verdi. Daha doğrusu dünyanı inandırmaq istədilər ki, demokratik islahatlar aparmaq qərarına gəliblər. Tanınmış siyasi məhbusların azadlığa buraxılması, bəzi QHT-lərin üzərindən həbslərin götürülməsi, müxtəlif qurumların yaradılması da imitasiyanın tərkib hissəsiydi. Hökumət bu addımlarla həm də özünə qarşı yönəlmiş sanksiya qərarlarını zərərsizləşdirmək məqsədi güdürdü. Bəli, bütün bu addımlar Qərblə münasibətlərdəki gərginliyi aradan qaldırmaq, nəfəslik əld etmək və Qərb institutlarından maliyyə yardımı almaq üçün idi. Ən əsası isə yuxarıda qeyd etdiyimiz kimi sanksiyaları durdurmağa çalışırdılar. Çünki, sanksiyaların tətbiq edilməsi hökumət daxilində çatların yaranmasına xidmət edəcəkdi. Belə ki, məmurların uzun illər ərzində yığdığı pullara həbs qoyula bilərdi, Qərb ölkələrinə çıxış yasaqlanardı, ümumiyyətlə məmurların ölkə xaricindəki biznesləri dondurulardı.

Saytların yığılması Saytlarin yigilmasi

Bəli, hökumətin müəyyən yarımçıq addımları bəzi adamlarda ümid yaratmışdı. Belə iddia edilirdi ki, Ilham Əliyev  Qərblə körpülərin tam yandırılmasının zərərli olduğunu başa düşür və demokratik islahatların zəruriliyini dərk edir.

Amma son günlər baş verənlər göstərdi ki, hökumət yenidən avtoritarizmi çiçəkləndirmək qərarına gəlib. Son günlər baş verən həbslər, demokratik düşərgəyə qarşı “qara kampaniya” bunun bariz nümunəsidir. Görünür, komandadakı anti-Qərb qanadı Ilham Əliyevi yenidən “haqq” yoluna qaytara bilib. Ilham Əliyevə inandırıblar ki, “dəmir əl”i işə salmaq üçün əsl vaxtdır və Rusiya-Türkiyə münasibətlərinin istiləşməsindən təminat kimi yararlanmaq olar. Bəli, hökumət beynəlxalq aləmdə baş verən bəzi hadisələrdən həvəslənib və “sevimli sənət”ə geri dönmək qərarı verib.

Əslində isə hökumət ölkəni daha ağır fəlakatə sürükləyir. Əgər dünənə qədər sanksiyalar birbaşa hökumətə yönəlmişdisə, bundan sonra demokratik dünya ilə qarşılaşma dövləti təhdid edəcək. Hökumət də etiraf edir ki, ölkəni yaranmış vəziyyətdən çıxarmaq üçün maliyyə resursları lazımdır. Bu maliyyə resurslarını isə yalnız Qərbin hesabına əldə etmək mümkündür. Indiki halda isə hökumətin addımları “işıq gələn yerə barmaq soxmaq” mənasını verir.

Deməli, hökumət daha böyük sanksiyaların tətbiq olunmasına, maliyyə asılılığının daha da artmasına zəmin yaradır. Amma başa düşmürlər ki, bu dalğa ilk növbədə hökumətin özünü aparacaq. Rusiyanın himayəsinə sığınmaqla, sosial-iqtisadi vəziyyəti düzəltmək, ölkədəki narazılığı azaltmaq mümkün olmayacaq. Əksinə, Rusiya bacardığı qədər Azərbaycandan faydalanmağa çalışacaq.

Bir sözlə, Əliyev məqsədli şəkildə, şəxsi maraqlar naminə dövləti növbəti fəlakətə sürükləyir.ie

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button