2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Özünü yandıran Qarabağ döyüşçüsü vəfat edib

İki gün əvvəl Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edən 44 günlük müharibə iştirakçısı Elvin Cəfərov vəfat edib. Bu barədə onun yaxınları məlumat verib. Onların sözlərinə görə, keçmiş döyüşçü gecə saatlarında Respublika Yanıq Mərkəzində həyatını itirib.

Saytların yığılması Saytlarin yigilmasi

İyulun 11-də TƏBİB-dən “Turan”a bildirilmişdi ki, E.Cəfərovun bədəninin 70 faizi yanıb, vəziyyəti ağırdır.

Yaxınları isə onun diqqətsizliyə və pensiyası kəsildiyinə görə son variant kimi intihara əl atdığını demişdilər.

İyulun 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov sosial mediada məlumat yayıb ki, E.Cəfərov və ailə üzvləri işlə təmin edilib, özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılıb. Ona 3-cü dərəcə əlillik təyin olunduğu, buna görə Prezidentin aylıq təqaüdünü (300 manat) və aylıq müavinətini (120 manat) aldığı qeyd edilirdi.

E.Cəfərovun ailəsinə “YAŞAT” Fondu və “Azərsığorta” tərəfindən 11 min manat birdəfəlik ödəniş edildiyi deyilirdi.

E.Cəfərovun ailəsindən bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

44 günlük müharibənin iştirakçılarından bəziləri vaxtaşırı mətbuatda onlara olan diqqətsizlikdən şikayət edir, onlardan bir neçəsi ya intihar edib, ya da intihara cəhd göstərib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button