Gündəm
Özünü yandıran şəxsin evi əlindən alınacaq
¶
Mayın 24-də 64 yaşlı Ramiz Manafov özünü borclu olduğu bankın qarşısında yandırıb. O, Ə.Əliyev adına klinikanın yanıq şöbəsinə yerləşdirilib. Oğlu Nicat Manafov deyir ki, atası bankdan ev almaq üçün kredit götürüb, devalvasiyadan sonra ödəyə bilməyib.
“Bank Respublika”nın baş ofisinin əməkdaşları xəstəxanaya gəlib ailəyə kreditlə bağlı güzəşt etməyəcəklərini deyiblər.
Bank Respublika hadisə ilə bağlı gün boyu açıqlama verəcəyini desələr də, məlumat yaymayıblar.
Ramiz Manafovun III-IV dərəcəli yanıq xəsarəti alıb. Kliniki Xəstəxanadan bildirilib ki, xəstənin ölüm təhlükəsi var.
24saat.org
Mənbə – www.meydan.tv