2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Pənahi Evin həbsxanasına göndərilib

Pənahi 2010-cu ildə hökm çıxarılandan sonra iki ay həbsdə yatıb

Saytların yığılması Saytlarin yigilmasi

Tehranda məhkəmə bildirir ki, kinematoqraf Cəfər Pənahi 12 il öncə hökumətə qarşı nümayişlərə dəstəyinə görə kəsilmiş altı illik həbs cəzasını çəkməlidir.

“Pənahiyə 2010-cu ildə altı illik həbs cəzası kəsilib… ona görə də bu cəzanın çəkilməsi üçün o, Evin həbsxanasına göndərilib”, – ədliyyənin sözçüsü Məsud Sitayişi iyulun 19-da jurnalistlərə deyib.

Şərti cəza kəsilsə də…

62 yaşlı Pənahi bu ayın əvvəlində həbs olunub. Bu arada İranda isteblişməntə qarşı etirazlar artdıqca hakimiyyət narazıları sıxışdırır.

Həbsindən bir neçə gün öncə Pənahi 200-dən çox kinematoqraf və mədəniyyət fəalı ilə birlikdə rejissorlar Məhəmməd RasulofMustafa əl-Əhmədin həbsini pisləyən bəyanat yayıb.

Pənahi 2010-cu ildə hökm çıxarılandan sonra iki ay həbsdə yatıb. Sonradan ona şərti cəza kəsilsə də bu qərarın ləğv olunma ehtimalı da istisna edilməyib. Buraxılandan sonra Pənahinin rejissorluq etməsi, ssenari yazması, xaricə səyahət etməsi yasaqlanıb.

Kinematoqraf İranın tənqid olunduğu filmlərə görə bir sıra beynəlxalq mükafatlar alıb. 2015-ci ildə “Taksi” filmi Berlində ali mükafata, 2018-ci ildə “Üç sifət” filmi Kannda ən yaxşı ssenariyə görə mükafata layiq görülüb.

Rasulof isə 2020-ci ildə “Şər yoxdur” filminə görə Berlində Qızıl Ayı mükafatı alıb.

24 saat” “
Pənahi Evin həbsxanasına göndərilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button