24saat.org Pərviz Şahbazov Azərbaycan Milli Neft Komitəsinin sədri seçilib - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Pərviz Şahbazov Azərbaycan Milli Neft Komitəsinin sədri seçilib

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin sədrliyi ilə “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyinin növbəti iclası keçirilib.

“Azərbaycan Milli Neft Komitəsi”ndən “APA-Economics”in məlumatına görə, iclasda İctimai Birliyin yeni sədri, İdarə heyətinin 19 nəfərdən ibarət tərkibi seçilib. “Azərbaycan Milli Neft Komitəsi”nin yeni sədri Azərbaycanın energetika naziri Pərviz Şahbazov seçilib.

Qeyd edək ki, “Azərbaycan Milli Neft Komitəsi” 2005-ci ildə təsis edilib və həmin il Yohanezburqda keçirilən Konqresdə Dünya Neft Şurasına (WPC) üzv seçilib. Hər üç ildən bir keçirilən Dünya Neft Konqresinin əsas təşkilatçısı 1933-cü ildə yaradılmış Dünya Neft Şurasıdır.

Konqres neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Altmış beş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir. Hazırda Dünya Neft Şurasının İcraiyyə Komitəsinin prezidenti Norveçli Tor Fjaerandır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.