2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Pənah Hüseyn: 'Xankəndiyə də nümayəndə təyin edilməlidir…' (VIDEO)


İşğaldan azad olunmuş rayonlarda bərpa işləri və dövlət idarəetməsi necə qurulacaq? 

Prezident İlham Əliyev bu rayonlarda özünün xüsusi nümayəndələrinin təyin olunması barədə fərman imzalayıb.

Sənədə görə həmin xüsusi nümayəndələr bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, eləcə də idarəetmədə səmərəliliyin artırılması ilə məşğul olmalıdırlar. Artıq Şuşa rayonuna belə nümayəndə təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquqşünas Səməd Rəhimli deyir ki, bu nümayəndəliklərin mövcudluğu icra hakimiyyətləri və bələdiyyələrlə üst-üstə düşmür, çünki fərmanda göstərilir ki, xüsusi nümayəndəliklər müvəqqəti əsaslarla spesifik məqsədə nail olunana qədər yaradılır. Daha sonrakı mərhələdə onların statusunun nə olacağı hələki bilinmir: 

“Konstitusiyanın 124-cü maddəsinə əsasən yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Yerli icra hakimiyyətlərinin başçılarını prezident təyin edir və vəzifədən azad edir və onların səlahiyyətlərinin çərçivələrini müəyyən edir. Lakin xüsusi nümayəndəliklər prezidentin konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndində nəzərdə tutulmuş diskresion səlahiyyətlərinə görə təsis edilib. Bu baxımdan prezidentin belə səlahiyyəti var və prezident konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən müvəqqəti məqsədlərlə belə qurum təsis edə bilər”.

Səməd Rəhimli bildirir ki, icra hakimiyyətləri və bələdiyyələr arasında səlahiyyət bölgüsü konstitusiya, yerli icra hakimiyyətləri orqanları haqqında əsasnamə, bələdiyyələrin statusu haqqında qanunla müəyyənləşdirilib. Ona görə də xüsusi nümayəndənin səlahiyyətləri də icra hakimiyyətləri və bələdiyyələrlə üst-üstə düşməyəcək.

Onun sözlərinə görə, başqa detalların da aydın olması üçün xüsusi nümayəndəliklərin əsasnamələri təsdiqlənməlidir. 

 

Xankəndinə, Xocavəndə və digər ərazilərə…

Keçmiş baş nazir Pənah Hüseyn deyir ki, işğaldan azad olunmuş ərazilərlə bağlı əlahiddə durumu nəzərə alanda prezidentin orda xüsusi nümayəndə təyin etməsi yaxşı addımdır: 

“Bu, əlbəttə ki, Şuşa ilə məhdudlaşmamalıdır, hesab edirəm ki, hazırda ermənilərin nəzarətində altında qalan və Rusiya sülhməramlılarının qanunsuz olaraq məsuliyyət zonası elan etdikləri ərazilərə də Azərbaycan prezidentinin xüsusi nümayəndələrini təyin etmək lazımdır. Xankəndinə, Xocavəndə və digər ərazilərə. Tədricən isə ölkənin digər yerlərində olan, Konstitusiya və qanunvericilik aktlarında təsbit olunmuş normal mülki idarəçilik üsullarına keçilməlidir”. 

Pənah Hüseyn deyir ki, 1992-ci ildə də ovaxtkı Dağlıq Qarabağ vilayəti və ətraf rayonlarda da təhlükəsizlik məsələsini nəzərə alaraq xüsusi nümayəndə yaradılmışdı.

 

Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, Rusiyada da bəzi böyük bölgələrdə qubernatorlarla yanaşı prezidentin xüsusi nümayəndələri var. Şərhçi deyir ki, Rusiyada bu institutun səmərəsi xüsusi nümayəndənin kim olması ilə bağlıdır.

 44 günlük müharibənin nəticəsində Azərbaycan keçmiş Dağlıq Qarabağ vilayətinə aid Şuşa şəhərini, Hadrut qəsəbəsini və ətraf yeddi rayona nəzarəti geri qaytarıb.

Prezident İlham Əliyev yanvarın 18-də Sumqayıtda çıxışı zamanı deyib ki, bu bölgələrdə yeni və müasir idarəetmə sistemi yaradılacaq və bu sistemin bütün ölkə boyu tətbiqi də mümkün ola bilər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button