2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

PA: “Hakimlər bəzi hallarda qanunsuz tikililərin rəsmiləşdirilməsinə razılıq verir”

“Şəhər və rayon məhkəmələrinin hakimləri bəzi hallarda qəbul etdikləri qərarlarla vətəndaşların mənafelərini qorumaq adı ilə qanunsuz tikililərin rəsmiləşdirilməsinə razılıq verir, bu da sonradan bir çox problemlərin yaranmasına səbəb olur”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun Azərtacda dərc olunmuş məqaləsinə məlumat verilib.

S.İsmayılov bildirib ki, məhkəmə qərarlarının vaxtında icra olunmaması daha çox narahatlıq doğurur və Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi qərarların birtərəfli qəbul edilməsi və onların icrasının təmin edilməməsi barədədir.

Saytların yığılması Saytlarin yigilmasi

“Qəbul olunmuş məhkəmə qərarlarının icrası aidiyyəti qurumlarda yubadılır.Ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Məhkəmələrin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri və onun Qaradağ, Səbail, Suraxanı, Yasamal rayonlarından, Lənkəran, Sumqayıt, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Goranboy, Göygöl, İsmayıllı, Nizami (Gəncə), Saatlı, Sabirabad, Tovuz şəhər və rayonlarından müraciətlər nisbətən çoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button