Cəmiyyət

PA-nın əməkdaşı gülüş hədəfinə çevrilib

prezident_adminstrasiyasi_2Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Gülsel Səfərova vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin və media nümayəndələrinin gülüş hədəfinə çevrilib.

24saat.org xəbər verir ki, Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin təşkil etdiyi forumda ölkədə insan hüquq və əsas azadlıqlarının tapdalanması, siyasi məhbus problemi, həmçinin, QHT-lərin fəaliyyətinə dövlətin yaratdığı əngəllərdən danışılıb.

Hətta tədbirdə çıxış edən Norveç səfiri, İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili də bildirib ki, vətəndaş cəmiyyəti olmasa Azərbaycanda demokratiyaya nail olmaq mümkünsüzdür.

Konkret faktlara əsaslanan davamlı tənqidlərə cavab olaraq isə Prezident Administrasiyasının nümayəndəsi Gülsel Səfərova Azərbaycanda siyasi məhbus olmadığnı iddia etməyə çalışıb. Onun bu sözləri isə forum iştirakçıları arasında gülüşə səbəb olub.

 

24saat.org

Back to top button