2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Paket maaş olmaz ki!” – Fərəc Quliyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev Azadlıq Radiosuna Əmək haqqlarının verilmə qaydaları və Paket maaşların verilməsi məsələsi ilə bağlı açıqlama verib.

“Qanunda “paket maaş” deyilən bir şey yoxdur ki, onun qarşısının alınması üçün hansısa dəyişikliyə ehtiyac yaransın”, – Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Fərəc Quliyev AzadlıqRadiosu-nun sualını cavablarkən belə deyir. O, “Rabitəçilər işi” məhkəməsindən xəbərdardır, prosesi izləyir, ifadələri oxuyur və məhkəmə başa çatmadan “paket maaş” etiraflarını şərh etmək istəmir: “İş hələ yarımçıqdır, məhkəmə yekunlaşsın, o zaman görəcəyik, ayrı-ayrı epizodlar üzrə cinayət işi qaldırılacaq, ya yox. Hələlik, təqsirsizlik prezumpsiyası var”.
Ancaq deputat “qara mühasibat”ın büdcəyə ciddi zərər vurduğunu düşünür: “Maaş olar, işçi də qol çəkib alar. “Paket maaş” olmaz ki! Biz qanun da qəbul eləmişik ki, yaxşı işçi bəlli məbləğdə həvəsləndirici mükafatlar alsın”. Onun fikrincə, qanunsuz ödənişlər alan şəxs qanun qarşısında cavab verməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button