Now Reading:
Pakistan ABŞ-ın tənqidini rədd edir

İslamabad Pakistanda dini azadlıqla bağlı ABŞ-ın tənqidini rədd edib, bildirib ki, Pakistan Əfqanıstandakı “uğursuzluğ”a görə günah keçisi seçilib.

Birləşmiş Ştatlar Pakistanı dini azadlıqlar sahəsində pozuntulara görə “xüsusi narahatlıq doğuran ölkə” elan edib. Bundan sonra, yanvarın 5-də Pakistanın Dini Məsələlər üzrə Federal naziri Sardar Muhammad Yousaf AzadlıqRadiosu-nun Mashaal Radiosu-na deyib ki, bu, ikitərəfli münasibətlərə daha bir zərbədir.

Bu arada Vaşinqton Pakistan ordusuna azı 900 milyon dollarlıq yardımı da dayandırdığını elan edib. İslamabaddan Pakistan sərhədləri daxilində fəaliyyət göstərən Əfqanıstan Talibanı və Haqqani yaraqlılarına qarşı “qətiyyətli addım atmaq” istənilir.

“Birləşmiş Ştatlar Əfqanıstandakı uğursuzluğa görə məsuliyyəti Pakistana yönəldir və buna xeyli şeylər əlavə edir”, – Yousaf deyib.

Nazirin sözlərinə görə, heç kəsə qadağa qoyulmayıb və hər kəs istədiyi dinə sitayiş edə bilər.

***

ABŞ Dövlət Departamenti Pakistan, İran və daha üç Mərkəzi Asiya ölkəsini din azadlığını pozduqlarına görə sərt tənqid edib.

Yanvarın 4-də verdiyi bəyanatda Dövlət Departamenti bildirir ki, İran, Tacikistan, Türkmənistan və Özbəkistan dini azadlıqları pozan və ya belə pozuntulara göz yuman 10 başqa dövlətlə birlikdə “xüsusilə narahatlıq doğuran ölkələr” (countries of particular concern – CPC) kateqoriyasına daxil ediliblər.

Bu onluğa həm də Birma, Çin, Eritrea, Şimali Koreya, Sudan və Səudiyyə Ərəbistanı daxildir. Bu 10 ölkə ilin əvvəllərindən CPC qrupuna daxil edilmişdi.

Bəyanatda deyilir ki, Pakistan “din azadlıqlarının kobud pozuntusuna” görə xüsusi nəzarət siyahısına yerləşdirilib.

ABŞ və Pakistan arasında münasibətlər xüsusilə də son gündlərdə pisləşib.

Bundan əvvəl prezident Donald Trump-ın administrasiyası bildirmişdi ki, terrorizmlə mübarizədə əməkdaşlıq etmədiyinə görə Pakistan barəsində “spesifik hərəkətlər” həyata keçiriləcək.

Dövlət Departamenti bu siyahıdakı ölkələrdə din azadlıqlarının iddia edilən pozuntularının konkret olaraq nədən ibarət olduğunu açıqlamayıb. Ölkələrin təsnifatı dekabrın 22-də aparılıb.

ABŞ dövlət katibi hər il din azadlıqlarının sistematik, davamlı və “dəhşətli” pozuntularına yol verən ölkələrin siyahısını elan edir.

Bəyanatda deyilir ki, dünyanın həddən artıq çox yerlərində insanlar dinlərinə və dini inanclarına görə təqib olunurlar:

“Bugün bir sıra hökumətlər fərdlərin dinləri, ibadətləri və inancları qəbul etməsinə, dəyişməsinə və ya tərk etməsinə…müdaxilə edir”.

Ölkələrin din azadlığına görə kateqoriyalaşdırlması və ya təsnifatı ABŞ-ın 1998-ci il tarixli Din Azadlığı qanuna uyğun olaraq həyata keçirilir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.