2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Pakistan Hava Yollarına məxsus təyyarə bazar ertəsi Kabilə enib

Pakistan Beynəlxalq Hava Yolları (PİA) nümayəndəsinin bildirdiyinə görə, İslamabaddan uçan kommersiya təyyarəsi bazar ertəsi Kabilə enib.

Bunun adi və ya xüsusi kommersiya uçuşları olub-olmadığı məlum olmasa da, Pakistanın dövlət hava yollarına məxsus təyyarə qanuni sənədləri olan insanları Kabildan İslamabada daşıyacaq.

Bu təyyarə xarici qoşunların çıxarılması və bu ayın əvvəlində Əfqanıstandan əhalinin genişmiqyaslı təxliyəsindən sonra Kabil hava limanına enən Pakistan Beynəlxalq Hava Yollarına məxsus ilk təyyarədir.

Saytların yığılması Saytlarin yigilmasi

Keçən cümə axşamı Taliban rəsmiləri ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatını avqustun 31-də başa çatdırmasından sonra Qətərin təxliyə edilən insanlarla dolu ilk çarter reysinin Kabil hava limanından Dohaya uçmasına icazə verib.

“Bu gün Amerika Birləşmiş Ştatları hökuməti ABŞ vətəndaşları və qanuni daimi yaşayış icazəsi olan sakinlərinin Qətər Hava Yollarının çarter reysi ilə Həmid Kərzai Beynəlxalq Hava Limanından ayrılmasına nail oldu. Biz təyyarənin Qətərə təhlükəsiz şəkildə endiyini təsdiq edə bilərik” – deyə Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn bildirib.

Qətərin xüsusi nümayəndəsi Mütlaq bin Məcid Əl-Kətani cümə axşamı Həmid Kərzai adına Beynəlxalq Hava Limanında jurnalistlərə bunun bir təxliyə uçuşu olmadığını, amma təyyarədə amerikalıların və qərblilərin olduğunu deyib.

Qətərin xüsusi nümayəndəsi cümə günü başqa bir çarter uçuşun da ola biləcəyini bildirib və deyib ki, insanlar “bunun normal hal olduğunu hiss etməlidirlər”.

Əl-Kətani ilə birlikdə danışan Taliban sözçüsü Zabihullah Mücahid Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan mütəxəssislərin Kabil hava limanının kommersiya uçuşlarının yenidən işə salınması üçün çalışdıqlarını deyib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button