2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Pakistan Kabilə uçuşları dayandırıb

Pakistan Beynəlxalq Hava Yolları (PIA) cümə axşamı Əfqanıstanın paytaxtı Kabilə edilən bütün uçuşları dayandırıb. Hökümət hava yolları qonşu ölkədəki Taliban rejimin ağır müdaxiləsi səbəbindən bu qərarı verdiyini bildirir.

Uçuşların dayandırılması qərarı Taliban Nəqliyyat Nazirliyinin PIA-dan İslamabaddan Kabilə uçuş biletlərinin qiymətini azaltmağı və avqust ayından əvvəlki səviyyəyə endirməyi tələb etməsi ilə eyni gündə verilib.

PIA-nın nümayəndəsi Abdullah Xan cümə axşamı Amerikanın Səsinə bildirib ki, “Biz (İslamabad və Kabil arasında) uçuşları qeyri-müəyyən müddətə qədər dayandırdıq”. “Qərar yerli (Taliban) rəhbərliyin qeyri-adekvat davranışı və uçuş əməliyyatları üçün uyğun olmayan şərtlər səbəbindən qəbul edilib” – deyə, Xan əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

O, PIA-nın “sırf humanitar əsaslarla” Kabildən çarter uçuşları həyata keçirdiyini və Əfqanıstanın paytaxtını Pakistan vasitəsilə dünyanın qalan hissəsinə bağlayan yeganə beynəlxalq hava yolu şirkəti olduğunu bildirib.

“Kabul-İslamabad marşrutu üzrə gediş haqqını İslam Əmirliyinin zəfərindən əvvəlki səviyyəyə endirmək barədə PIA və Kam Air özəl avia şirkətinə məlumat göndərdik. Hava yolları bu təkliflə razılaşmazsa marşrutdakı fəaliyyətləri dayandırılacaq” – deyə, Talibanın bəyanatında bildirilir.

Həm PIA, həm də Kam Air yüksək tariflərlə çarter reysləri həyata keçirir. Həmçinin yüksək sığorta xərclərinə güvənərək kommersiya fəaliyyətinə başladıb.

PIA Əfqanıstanın Taliban tərəfindən avqust ayında ölkənin ələ keçirilməsinə qədər İslamabad və Kabil arasında müntəzəm kommersiya uçuşları həyata keçirirdi və sərnişinlərdən geri dönüş bilet üçün 200 dollara qədər ödəniş alınırdı.

Əksər beynəlxalq hava yolları artıq Əfqanıstana uçmadığı üçün PIA indi Kabildən İslamabada birtərəfli bilet üçün 1500 dollar tələb edir.

“Bu uçuşların sığorta dəyəri çox yüksəkdir və bilet qiymətləri (Taliban) rəsmilərinin təkidi ilə endirilə bilməz” – deyə, Xan bildirib.

PIA rəsmiləri həmçinin Kabildəki işçilərinin Taliban komandirləri tərəfindən son anda edilən nizamnamə dəyişikləri və icazələr, eləcədə “çox qorxuducu davranış”-dan şikayətləndiyini bildirir.

Hava yolları ölkə üzrə nümayəndəsinin bir anda saatlarla silah zorakılığı ilə saxlanıldığını və yalnız Pakistan səfirliyinin müdaxiləsindən sonra sərbəst buraxıldığını iddia edir.

Taliban rəsmiləri hələ PIA rəsmilərinin irəli sürdüyü iddialara münasibət bildirməyib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button