2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Pakistan, Rusiya və Çin Talibanı inklüsiv bir hökumət qurmağa çağırır

Pakistan, Rusiya və Çin nümayəndələri çərşənbə axşamı Kabildə baş nazir vəzifəsini icra edən rəsmi ilə görüşdə Talibanı əhatəli bir hökumət qurmağa çağırıb.

“Pakistanın Əfqanıstan üzrə xüsusi elçisi Sadiq, Rusiyadan Zamir Kabulov və Çindən Yue Sianyun Kabili ziyarət edib və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən M. Həsən Axundu və digər rəsmiləri sülh, sabitlik və əhatəli idarəetmə məsələlərini müzakirə etməyə çağırıb” – deyə, Pakistanın Kabildakı səfiri Mənsur Əhməd Xan tvitter səhifəsində yazıb.

Yeni inklüsiv Taliban hökumətinin qurulması Əfqanıstanın bütün qonşularının və beynəlxalq ictimaiyyətin əsas tələblərindən biridir.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən həftə Tacikistanın paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən danışıqlardan sonra Rusiya, Çin, Pakistan və İranın xarici işlər nazirləri “Əfqanıstanda milli barışığın vacib və ölkədəki bütün etno-siyasi qüvvələrin maraqları nəzərə alaraq, əhatəli bir hökumət yaradılmalı” olduğunu bildirib.

Taliban sözçüsü Zabiullah Mücəhid

İnklüzivlik və qadın haqlarının qorunması ilə bağlı vədlərinə baxmayaraq, Talibanın Nazirlər Kabinetində azlıqlar çox az, qadınlar isə heç təmsil olunur.

Pakistanın baş naziri İmran Xan BBC-yə verdiyi müsahibədə bunun gələcəkdə Taliban üçün problem yarada biləcəyini deyib.

“Əgər bütün fraksiyaları daxil etməsələr gec-tez vətəndaş müharibəsi başlayacaq. Bu, qeyri-sabit, xaotik bir Əfqanıstan və terrorçular üçün ideal bir yer deməkdir. Bu, narahatlıq yaradır” – deyə, İmran Xan bildirib.

Talibanın Nazirlər Kabinetini müdafiə edən sözçü Zabiullah Mücahid mətbuat brifinqlərində bunun sonra dəyişdirilə biləcək bir struktur olduğunu deyib. Talibanın digər liderləri inklüziv hökumət fikrinə qarşı olduqlarını bildirib.

Taliban lideri Məhəmməd Mobin bazar günü Əfqanıstanın Ariana TV-yə verdiyi açıqlamasında “Heç kəsə inklüziv bir hökumət qurmaq çağırışı etmək haqqını vermirik” deyib və əlavə edib ki bu, Talibandan qonşu ölkələrin casuslarını hökumətinə daxil etmələrini istəmələrinə bərabərdir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button