Bizim tərcümə

Pakistanda bombalı hücum: 5 ölü, 16 yaralı

2023-02-26 12:50:54

class=”medianet-inline-adv”>

Pakistanın Bəlucistan əyalətinin Barxan şəhərində bazar yerinə bombalı hücum həyata keçirilib. İlkin məlumata görə, hücumda 5 nəfər həyatını itirib, 10-u ağır olmaqla ümumilikdə 16 nəfər yaralanıb.

Polisin verdiyi açıqlamada hücumun park edilmiş motosikletə yerləşdirilən bombanın partladılması ilə həyata keçirildiyi bildirilib.

Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, hücumla bağlı istintaq başladılıb.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button