Bizim tərcümə

Pakistanda keçmiş baş nazir İmran Xanın tərəfdarları küçələrə axışıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-21 23:22:41

Pakistanın Ali Seçki Komissiyası bu gün keçmiş baş nazir İmran Xana xarici liderlərin və nümayəndələrin rəsmi hədiyyələrini qanunsuz satdığına görə siyasi qadağa qoyub. Seçki komissiyasının yekdilliklə qəbul etdiyi qərara əsasən, Xan “Korrupsiya əməlləri”ndə təqsirli bilinib. Milli Məclisdən uzaqlaşdırılan İmran Xanın 5 il ərzində heç bir dövlət vəzifəsində çalışa bilməyəcəyi bildirilib. Qərardan sonra Xanın tərəfdarları bu qərara etiraz etmək üçün küçələrə axışıblar. Bir çox yollar nəqliyyat üçün bağlansa da, etirazçılar Pəncab Seçki Komissiyasının ofisi qarşısında şüarlar səsləndirib və təkərləri yandırıblar.

Pakistanda aprelin 10-da Milli Assambleyada baş nazir İmran Xan və hökumətinə etimad səsverməsi keçirilib və onun hökuməti etimad səsi ala bilmədiyi üçün Xan tutduğu vəzifədən azad edilib. Aprelin 11-də Şahbaz Şərif baş nazir seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button