2022-12-18 14:08:08
Ötən gecə Pakistanın Hayber-Paxtunxva əyalətinin Lakki Marvat rayonundakı Barqai Polis İdarəsinə silahlı hücum edilib.
Hücum zamanı baş verən qarşıdurmada İbrahim, İmran, Xairur Rəhman və Səbz Əli adlı 4 polis həyatını itirib.
Pakistan prezidenti Arif Alvi hücumu pisləyib və həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Yaralı polislərin tezliklə sağalması üçün dua etdiyini bildirən prezident Alvi “terror qalıqlarını” tamamilə aradan qaldıracağına söz verib.
Hayber Paxtunxva əyalətinin baş naziri Mehmud Xan da hücumu pisləyib və məsələ ilə bağlı hesabat tələb edib. Yaralıların müalicəsi üçün ən yaxşı şəraitin təmin edildiyini izah edən Xan, “Hadisə son dərəcə təəssüf doğurur. Şəhidlərin fədakarlığı boşa getməyəcək.
Polis hücumdan sonra qaçan şübhəlilərin tutulması üçün işlərə başlayıb.
Tərcümə“24 SAAT”
You must log in to post a comment.