Bizim tərcümə

Pakistanda sərnişin avtobusu aşıb: 41 nəfər ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-29 13:23:17

class=”medianet-inline-adv”>

Pakistanın Bəlucistan əyalətinin Lasbela rayonunda azı 48 sərnişini olan avtobus yoldan çıxaraq dağ aşırımına aşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ketta şəhərindən Kəraçiyə hərəkət edən sərnişin avtobusu qəzadan sonrasında yanıb.

Lasbela komissarının müavini Həmzə Anjum Nadeem hadisə nəticəsində ən azı 41 nəfərin öldüyünü açıqlayıb.

Yaralıların xəstəxanaya aparıldığını bildirən Nadeem həyatını itirənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün DNT testinin aparılacağını bildirib.

Hadisə yerində işlərin davam etdiyini bildirən Nadeem, havanın qaranlıq və soyuq keçməsi ilə əlaqədar xilasetmə qruplarının çətin şəraitdə çalışdığını bildirib.

Digər tərəfdən hadisə ilə bağlı polisdən verilən açıqlamada qəzanın sürücünün həddindən artıq sürətlə sükanı itirməsi nəticəsində baş verdiyi bildirilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button