Gündəm

Pakistanlı marşal Azərbaycana gəlir

Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-də Azərbaycana səfər edəcək.

Bu barədə Müdafiə Nazirliyi xəbər verir.

Səfər çərçivəsində Azərbaycan və Pakistan HHQ arasında əlaqələrin inkişaf etdirilməsi yönündə müzakirələrin aparılması, əməkdaşlığın müxtəlif sahələrinə dair təqdimatlar veriləcəyi bildirilir.

Azərbaycan Silahlı Qüvvələri Pakistan istehsalı olan hərbi təyyarələrdən istifadə edir.

Ötən həftə isə Pakistanın Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlmişdi.

24 saat” “Pakistanlı marşal Azərbaycana gəlir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button