2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Palata 4 aprel qərarını qüvvədə saxlayıb

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) mayın 4-də kreditlərin verilməsi ilə bağlı yeni qərar qəbul edib.

Qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivə öz əksini tapıb.

Prudensial çərçivə bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsində normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış davranış üsuludur.

Saytların yığılması Saytlarin yigilmasi

Üstəlik,xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair aprelin 4-də verilənqərar qüvvədə saxlanıb.

Palata aprelin 4-də bir ay ərzində xarici valyutada kreditlərin verilməsini dayandırmışdı. Həmin qərarda qeyd edilirdi ki, qadağanın müddəti sonradan uzadıla da bilər.

Mayın 4-də Palata bu qərarı qüvvədə saxlamaqla yanaşı, ümumilikdə, daşınmaz əmlakın əldə edilməsindən ötrü xarici valyutada kreditlərin verilməsinə qadağa qoyub.

Palata bütün bunlarla yanaşı, manatla da kreditin verilməsini bir xeyli məhdudlaşdırıb. Yəni, vətəndaşlara milli valyutada belə kredit verərkən onun imkanları nəzərə alınacaq. Vətəndaşın gəlirlərinə baxılacaq, bunun nisbətində onun istəyi gerçəkləşdiriləcək. Əgər, onun istəyi ilə imkanı üst-üstə düşmürsə, o, əliboş geri qaytarıla da bilər.

Qərar mayın 6-dan qüvvəyə minir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button