2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Palata kreditorların restrukturizasiya planını dəstəkləyəcəyinə inanır

“Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planını xarici kreditorların dəstəklənəcəyinə inanırıq”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 30-da jurnalistlərə açıqlamasında belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, bazarların araşdırılması və bazarların bu prosesə reaksiyası onu göstərir ki, nikbin olmağa əsas var.

“İstənilən halda, əgər kreditorlar bu planı dəstəkləməzsə, bu isə az güman olunan ehtimaldır, o zaman biz bankın öhdəliklərinin həll olunmasının başqa yollarını nəzərdə tutmuşuq. İstənilən halda, bankın müştəriləri bundan əziyyət çəkməyəcək”, – deyə Aslanlı bildirib.

O, qeyd edib ki, bankın sağlamlaşdırılması planı təsdiq edilib. İyulun 14-nə kimi səsvermə keçiriləcək, qərar isə 25 avqustadək qəbul ediləcək.

Xatırlatma

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

Mayın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub. Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir. Üstəlik, 20 faiz borcun silinməsindən söhbət gedir.

ABB-nin kreditorlarının, əksinə təklif edilən plandan narazı qaldığı bildirilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button