Now Reading:
”Palmali” SOCAR-ı məhkəməyə verəcək

“Bu mentalitetlə açıq bazar şəraitində işləyə bilməzlər”

“Palmali” Şirkətlər Qrupu SOCAR-ı məhkəməyə verməyə hazırlaşır.

BBC Azərbaycanın xəbərinə görə, buna səbəb “Palmali”yə məxsus olan “Çingiz Mustafayev” adlı gəminin 4-6 yanvar tarixlərində Petkim limanına buraxılmamasıdır.

“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov iddia edib ki, Milli qəhrəman Çingiz Mustafayevin adını daşıyan gəmi kimyəvi maddələrin daşınması üçün yanvarın 4-də Petkim limanına yan alıb, amma Azərbaycan

Dövlət Neft Şirkətinin (SOCAR) “işçiləri gəminin limana buraxılmasına icazə verməyiblər”.

M.Mənsimov deyib ki, şirkət pozulmuş hüquqlarının bərbapısını məhkəmədən tələb edəcək.

“Borsalar birliyinə xəbər verəcəyik. Belə monopoliyalar yaratmaq doğru deyil. Bu mentalitetlə açıq bazar şərtlərində həyatda işləyə bilməzlər”, o əlavə edib.

Buna cavab olaraq SOCAR Türkiyə şirkəti bildirlib ki, sözügedən gəminin “texniki xüsusiyyətləri standartlara uyğun olmaması səbəbiylə gəmi limana buraxılmayıb”.

M.Mənsimov öz növbəsində gəmidə heç bir qüsur olmadığını bilbirib.

Bundan əvvəl ekspertlər Meydan TV-ə deyiblər ki, “Palmali”nin SOCARla problemi ortaq şirkətdən çıxması və Mübariz Mənsimovun müstəqil olmasının kimlərinsə xoşuna gəlməməsindən sonra başlayıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.