2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Pambıqçılıqda genişmiqyaslı qanunsuzluqlar

2019-cu il pambıq mövsümünün yekunları

  1. Kiçik sahələrdə pambıq əkən pay torpağı sahibləri müxtəlif yollarla artıq sıradan çıxarılır. Pambıq qəbulu məntəqələri onlarla müqavilə bağlamaqdan müxtəlif yollarla boyun qaçırırlar;
  2. 2019-cu ildə büdcə təşkilatı rəhbərlərinin məcburi yolla pambıq əkməsi faktına rast gəlinməmişdir;
  3. 2019-cu il mövsümündə büdcə təşkilatları işçilərinin (təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal təsərrüfatı və sair) məcburi əməyə cəlb edilməsi faktı qeydə alınmamışdır;
  4. Pambıq əkini ilə məşğul olan oliqarx məmurların himayə etdiyi böyük təsərrüfatlar yaradılır.
    Bu təsərrüfatların yaranması zamanı əsasən dövlət vəsaitlərindən istifadə olunur. Dövlət hesabına həmin sahələrə suvarma kanalları çəkilir, dövlət fondunda olan örüş sahələri və otlaqlar mənimsənilir, orada yerləşən qışlaqlar ləğv edilməklə heyvandarlığa böyük zərbə vurulur;
  5. Müstəqil fermer təsərrüfatları pambığı əllərində maliyyənin olmaması səbəbindən, əlacsızlıqdan əkirlər.
    Fermerlərinin xərcinin bir hissəsinin əvvəlcədən qarşılanması yolu ilə pambıq əkənlər üçün üstün şəraitin yaradılmasına hesblanılmış mexanizm artıq fermer üçün tələyə çevrilib. Əksər halda pambıq əkən fermerlər yekunda heç nə qazanmır və ya cüzi qazanc əldə edir, ya da zərərə düşürlər, əvəzində qazanan monopolist pambıq tədarükçüləri olur;
  6. Pambıq qəbulu məntəqələri zibillik və nəmlik faizini yüksək təyin edərək pambıq tədarükçüləri hər mövsüm böyük məbləğdə haqsız qazanc əldə edirlər;
  7. Pambıq tədarükü şirkətləri tərəfindən fermerlərə cari ödənişlərin verilməsində ləngimələr olub.
    Belə ləngimələr 20 gün, bəzən isə bir ayadək davam edib. Hazırda şirkətlərin fermerlərə borcu qalmayıb.
  8. Pambıq əkinini sifariş edən şirkətlərin məcburi qaydada fermerlərə verdiyi, “Gilan”ın istehsalı olan pesitisidlər təsirsizdir, heç bir faydası yoxdur.
    Fermerlər kənardan aldıqları pesitisidlərin daha təsirli olduğunu düşünülər və 70% güzəştli qiymətə olsa belə, tədarükçülərdən pesitisid almaq istəmirlər. Ancaq tədarükçülər pesitisidləri məcburi qaydada satırlar. 2018-ci il mövsümündəki kütləvi zəhərlənmələrdən sonra dərmanların təsir gücü xeyli aşağı salınıb;
  9. Gübrələr də pesitisidlər kimi keyfiyyətsizdi, buna görə də fermerlər baxardan əlavə gübrə almağa məcburdurlar.
    Fermerlərə əsasən azot gübrələri verilir. Bəzən isə onlara ammofos (azot və fosforla zənginləşdirilmiş həll oluna bilən gübrə) da satılır. Fermerlər iddia edirlər ki, bu gübrələr qablaşdırmada göstərilən faizlərdən ikiqat aşağı təsirə malikdir.
  10. Mövsümün bütün mərhələlərində texnikanın çatışmaması əkinin, kultivasiya işlərinin vaxtlı-vaxtında və keyfiyyətli aparılmamasına, məhsulun vaxtında yığılmamasına səbəb olur ki, bu proseslərdən də itirən fermerlər olur;
  11. Bu il məhsulun böyük hissəsi kombaynlarla yığılıb.
    Ancaq bu o demək deyil ki, kombayn çatışmazlığı yoxdur. Fermerlər növbəlilik əsasında kombaynlardan faydalanır. Pambıq vaxtında yığılmadığından tam açılır və quruyur. Bu da məhsulun bir hissəsinin yerə tökülüb zay olmasına, eyni zamanda həddən çox quruma nəticəsində15%-lik çəki itkisinə səbəb olur.
  12. Kəskin şəkildə ixtisaslı kadr (aqronom) çatışmazlığı hiss olunur.
    Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki mütəxəsisilərinin və pambıq tədarükü həyata keçirən şirkətlərin aqronomlarının bilik səviyyəsi günün tələblərinə cavab vermir;
  13. Suvarma suyunun çatışmaması ən böyük problemlərdən biridir;
    Bəzi təsərrüfatların su hövzəsindən hündürlükdə yerləşməsi onların əlavə xərclərinin (nasos, yanacaq, elektrik) səbəb olur. Bəzi fermerlərə isə, ümumiyyətlə su verilməsindən səbəb göstərilmədən imtina olunur. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki idarələri və Sudan İstifadəedənlər Birliyi fermerlərlə müqavilə bağlamaqdan müxtəlif bəhanələrlə boyun qaçırırlar;
  14. İşçilərlə əmək müqaviləsi bağlanılmır;
  15. İşçilərlərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortası həyata keçirilmir.
  16. Tarlalarda uşaq əməyindən istifadə çox geniş yayılıb;
  17. İşçilər heç bir şəraiti olmayan yük maşınlarında tarlalara daşınır;
  18. İşçilərə pambıq yığmaq üçün xüsusi geyim verilmir;
  19. Tarlalarda işçilərin nahar etməsi və istirahəti üçün hər hansı şərait yoxdur;
  20. Əllə yığım sahəsində kəskin işçi çatışmazlığı hiss olunur;
  21. Ötən illə müqayisədə məhsuldarlığın aşağı düşməsi müşahidə olunur.
    Rəsmi statistika məhsuldarlığın ən azı 1.5 dəfə artmasını desə də, bu iddia olunduğu kimi ekstensiz inkişafdan intensiz inkişafa keçilməsi nəticəsində baş verməyib. Aşağıdakı hallar bunu sübut edir:
    a) Fermerlər hesab edirlər ki, bu il lif çıxımı yüksək olan pambıq sortundan əldə etdikləri pambığın çəkisi yüngül olduğu üçün məhsuldarlıq aşağı düşüb.
    b) Əkin sahələrinə aqrotexniki qulluqla bağlı hər hansı dəyişiklik olmayıb. Əkin sahəsinə normaya uyğun üzvi və mineral gübrə verilmir, fermerlər lazım olan deyil, tapa bildikləri gübrələri verilir. Fermerlər gübrələrin və pesitisidlərin az təsirli olmasından şikayətçidirlər;
    c) Pambığın becərilməsində aqrotexniki qaydalara tam əməl edilməyib. Əvvəlki ilə nisbətən sahələrdə alaq otlarının daha geniş yayıldığı müşahidə edilib. Bu il herbisidlərdən az istifadə olunduğu bildirilir. Fermerlər bunu keçən il baş vermiş kütləvi zəhərlənmə faktı ilə əlaqələndirir.
    d) Aqronom qıtlığı aradan qaldırılmayıb. Problem yaranan zaman fermerlər məsləhət almağa mütəxəsisis tapa bilmirlər.
    e) Pambıq əkilən sahələr rəsmi şəkildə iddia olunduğu kimi azaldılmayıb. Hələ də müqavilədə göstəriləndən artıq əkən fermerlər var.
    f) Fikrimizcə, bu il “yüksək məhsuldarlıq” qeydə alınmasının səbəbi yuxarıda sadlananlarla yanaşı, qeyd edəcəyim mühüm faktordan birbaşa asılıdır. 2018-ci ildə rayon icra hakimiyyətlərinə pambıq əkini ilə bağlı hektar ifadəsində xüsusi öhdəlik qoyulub. İcra başçıları həmin öhdəlikləri icra nümayəndələri, büdcə təşkilatlarının rəhbərləri və bələdiyyələr arasında bölüşdürüb. Qeyd olunan 3 kateqoriya isə əksər hallarda qoyulan öhdəlik qədər pambıq əkdirə bilməsə də, icra başçısınının qorxusundan öhdəliyə əməl etdiyini bildirib. Nəticədə, misal üçün, 10 hektar sahədən götürülən məhsul 20 hektarın ayağına yazılıb ki, bu da avtomatik olaraq məhsuldarlığın aşağı düşməsinə səbəb olub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button