2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Panama Fransanı cavab tədbirilə hədələyir

59551C87-56D1-482F-8370-F6047761D280_w640_r1_cx21_cy23_cw56_s“Panama hökuməti Fransanın öz səhv və lazımsız qərarına yenidən baxmasını istəyir”.

Bunu Panama prezidenti Xuan Karlos Varela ( Juan Carlos Varela ) aprelin 12-də mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, əgər bu baş verməsə, Panama hökuməti diplomatik cavab tədbirləri qəbul edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Fransanın maliyy naziri Mishel Sapin ötən həftə deyib ki, Panama vergiylə bağlı əməkdaşlıq etməyənlərin qara siyahısına salınacaq.

Bu arada isə Panamadakı Mossack Fonseca hüquq firmasının ofisində axtarış aparılıb.

Bu günlərdə bu şirkətdən sızan 12 milyona yaxın sənəd tanınmış şəxslərin öz sərvətlərini ofşor şirkətlərdə saxladığını üzə çıxmışdı.

“Panama sənədləri” adlı hesabatda Rusiya prezidenti Vladimir Putin və Böyük Britaniyanın baş naziri David Cameron da daxil olmaqla prezidentlər, baş nazirlər, krallar və digər tanınmış şəxslərin adları hallanır.

Aprelin 12-də şirkətin Panamadakı ofisinin ətrafında altı polis görsənib, müstəntiqlər içəridə yoxlama aparıb.

Baş prokurorluq məlumatı təsdiqləyib, amma əlavə detallar barədə məlumat verməyib.

Mossack Fonseca çirkəti qanunu pozmadığını, sadəcə, müştəriləri üçün ofşor hesablar və anonim şirkətlər yaratdığını bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button