2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Pandemiya günlərində mübarizə

“…Əminik ki, Sizin rəhbərliyinizlə pandemiyaya qalib gələcək, Qarabağ uğrunda mübarizədə qələbəyə də hazırlaşacağıq” (Prezidentə yazılan məktubdan)

Rövşən Hacıbəyli

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün xəbərlərdə diqqət çəkən xeyli məqamlar var. Qabaqca onu deyək ki, AzTV-lər təkcə xəbər yaymır, həm də cəmiyyətdə nüfuzu olan, olmayan, sözünə dəyər verilən, verilməyən bir çoxlarını danışdırır. O adamların da başlıca hədəfi “məsuliyyətsiz adamlar”dır. Yəni efirə qoşulan hər kəsin ilk işi əhalini tənqid etmək olur. Yaxşı, başa düşdük, məsuliyyətsiz, qaydalara məhəl qoymayan, sadəcə evdə oturmağa hövsələsi çatmayan, lap elə özbaşınalığı peşə edən adamlar gərəksiz SMS göndərir, ya da SMS-siz bayıra çıxır. Dünyanın hər yerində qaydalara əməl etməyənlər tapılır. Birində az, birində çox. İndi bizimkilərin də əlinə fürsət düşüb, ucdantutma hamını cərimələyirlər. Həkimə dializə gedəni də, SMS, mesaj göndərmək nə olduğunu bilməyəni də. Qoyulan qaydalarda “maska taxmaq və əlcək geymək məcburidir” qadağası olmasa da, tanınmış jurnalist Hikmət Sabiroğlu cərimələnmişdi, onun kimi yüzlərlə adam. Kimsə çıxıb bu qanunsuzluğa görə xalqdan üzr istəmədi. Əvəzində bəziləri “ağsaqqal” və “ağbirçək” rolunda ekranda ortaya çıxır. Ancaq daha çox dəbdəbəli evini, bağını, idman otağını göstərməyi hədəfləyən “məşhurlar” canlı efirə qoşulub xalqa dərs keçirlər. Əxlaqında problem olanın əxlaq dərsi keçməyi də var hələ…

Həmin adamların heç biri camaatın dolanışıq çətinliyindən danışmır, “evdəqal”ı pozanların heç də hamısının bunu kefindən etdiyini demir. Xəbərlərdə də hər gün neçə adamın qaydanı pozduğu, cərimə olunduğu deyilir. Üstəlik, telekanalların demədikləri də var. Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvlərinə qarşı aparılan iyrənc kampaniyadan, başqaları bir yana, heç İTV də danışmır. AXCP sədrinin telefonu, interneti kəsilib, köməkçisi, mühafizəçisi və partiyanın başqa bir neçə üzvü “karantin qaydalarını pozduğuna görə” həbs olunub. Adı ictimai olsa da, İTV özünü hakimkiyyətin o biri kanallarından da betər aparır. Ölkədə baş verən qanunsuzluqlara susur, ya da yalnız birtərəfli təbliğat aparır, baxmayaraq ki, adamlara siyasi baxışlarına görə fərq qoymaq bu kanalın prinsiplərinə ziddir.

Bütün telekanallar, istisnasız olaraq, daha çox xaricdə baş verənləri, yoluxmaları, təbii fəlakətləri işıqlandırır. Ermənistanda baş verənləri hamımız dəqiqliklə bilirik, telekanallar bəzən Son günlərsə regionlardan paytaxta “axan” təşəkkür məktublarına efirlərdə geniş yer verilir. Guya xalq hamısı işini-gücünü atıb prezidentə məktub yazır; bütün dünyanı bürüyən pandemiyaya qarşı önləyici addımlar atdığına, vaxtında sərəncamlar verdiyinə görə. Aprelin 16-da sayta qoyulan bir məktubda yazılıb: “…Əminik ki, Sizin rəhbərliyinizlə pandemiyaya qalib gələcək, Qarabağ uğrunda mübarizədə qələbəyə də hazırlaşacağıq”. Məktubun altında qoyulan imzaya inansaq, bunu Suraxanıdan yazıblar. Qarabağın itirilməsindən 30 ilə yaxın vaxt keçir, bunun 27 ili (hələlik) indiki hakimiyyətin payına düşür. Belə çıxır ki, pandemiya ilə mübarizə və qələbə bunlar üçün baş məşqdir. Qalib gələndən sonra Qarabağ uğrunda qələbə hazırlıqları başlayacaq, ancaq o hazırlıqların nə qədər çəkəcəyi bəlli deyil. Məşq zamanı “sakatlıqlar” da ola bilir, üstəlik, əldə olan rus silahıdırsa…

Vəd edilən 190 manatın hansı dərdə dərman olacağından danışan yoxdur. Yayılan xəbərlərdə 20 min adama mənfi cavab verildiyi bildirilir. Yəni bu adamlar sahibkarlıqla məşğul olduqlarına görə 190 manat onlara düşmürmüş. Ola bilsin, onların arasında imkanlı sahibkar da var, fürsətcillər həmişə olub, ancaq sahibkar deyib imtina mesajı göndərdiklərinin arasında 5-10 sot torpağı olan da var yəqin. Təbliğatda həmişə xüsusi vurğulanır ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır, dünya iqtisadiyyatı böhran keçirəndə bizim ölkəmizdə bu hiss olunmur, çünki iqtisadiyyat yalnız neftdən asılı deyil, düşünülmüş, strateji xətt var, başqa sahələr də inkişaf edir-filan… nağılları danışılır. Ancaq məqamı gələndə bəlli olur ki, pal-paltar bir yana, ən zəruri ərzaq məhsulları belə xaricdən alınır. İndi neftin dəyərdən düşməsinin vurduğu ziyandan danışmağa başlayıblar, bəs harda qaldı çoxşaxəli iqtisadiyyat?

Yayılan xəbərlərdən biri də ABŞ-da hər bir vətəndaşın hesabına 1200 dollar vəsait köçürülməsi ilə bağlı informasiyadır. Buna görə ABŞ vətəndaşlarının kiçik bizneslə məşğul olub-olmadığı, torpağının varlığı, nə əkib-becərdiyi soruşulmayıb. Əhalini qəfil yaxalayan fəlakəti nəzərə alıb hər bir vətəndaşın hesabına pul köçürülüb. Bizdəsə xəbərlər yığımla bağlıdır. Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyə qədər 112 milyon 53 min 268 manat ianə köçürüüb. Karantin qaydalarını pozan vətəndaşlar ümumilikdə neçə milyon manat cərimə edilib.

Vətəndaş qaydaları niyə pozur? Bununla da maraqlanan yoxdur, səbəbsə çox sadədir; vətəndaşlar bu ölkədə yuxarıdan üzü aşağı hamının qaydaları pozduğunu bilir. Adamlar belə tərbiyə olunub: maşınla qaydanı pozursan, kimisə vurub öldürürsən, polisin, məhkəmənin pulunu verib canını qurtarırsan, bütün başqa sahələrdə də belə. Məmurun yaxını, balası, nəvəsi cinayət törədəndə belə məsuliyyətə cəlb olunmur, cəlb olunsa da çox qısa müddətdən sonra azadlqda olur. Əli Həsənovun nəvəsi, MTN generalları – Akif Çovdarov və başqaları. Saysız misallar çəkmək olar.

Cəbhəçilərsə etmədikləri “cinayətə” görə ya illərlə həbsxanada yatır, ya da ən azı 30 sutkalıq “istirahətə” göndərilir. Bu qayda koronaviruslu günlərdə də davam edir…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button