2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paraqvayda seçki etirazı: Parlament binası yandırıldı

Hazırkı prezidentə 2-ci dəfə seçilmək hüququnun verilməsi ölkəni qarışdırdı

Paraqvayın paytaxtı Asunsyonda etirazçılar parlament binasını yandırıb. Səbəb ötən gün parlament üzvlərinin hazırkı prezident Orasio Kartesin ikinci dəfə seçkilərdə iştirakına icazə verən qanun qəbul etməsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Paraqvayda 1989-cu ildə diktator Alferdo Stressner devriləndən sonra qəbul edilən konstitusiya müddəasına görə, prezident bir müddətə 5 illik seçilir. Eyni şəsxin ardıcıl bir dəfədən artıq namizəd olmaq hüququ yoxdur.

Ölkə parlamenti bir həftədir ki, hazırkı prezidentin yenidən seçilə bilməsinə imkan yaratmaq üçün bu müddəanın dəyişdirilməsini müzakirəyə çıxarmışdı. Müzakirə açılandan müxalifət də buna etiraz olaraq mitinqlərə başlamışdı. Mitinqlər dinc şəkildə davam edib, polis yalnız xüsusi əhəmiyyətli dövlət binalarının mühafizəsini gücləndirib. Martın 31-də parlament dəyişikliyə qərar verən kimi hadisələr nəzarətdən çıxıb və etirazçılar parlamentə hücum edərək, binanı yandırıb.

Yerli telekanallar etirazçıların parlamenr binasının pəncərlərini necə sındırdığını və polislə toqqşumaları yayımlayıb.

Agentliklər xəbər verirlər ki, polislər etirazçılara qarşı suvuran maşınlardan istifadə edib, rezin güllələrlə atəş açıb.

Etirazçılarla yanaşı polsilərdən və parlament üzvlərindən də xəsarət alanlar var.

Orasio Kartes 2013-cü ildə 5 il müddətinə prezident seçilib. Onu ölkədə ciddi təsir imkanına malik şəxslər müdafiə edir və parlamentin qəbul etdiyi qərarın arxasında da bu amil dayanır.

Ölkə müxalifəti isə bu dəyişikliyi bir nəfərdən ötrü demokratik prinsipləri tapdamaq kimi qiymətləndirir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button