2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Parisdə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın dövlət bayramı 28 may – Müstəqillik Günü münasibətilə Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Fransa bürosu xəbər verir ki, tədbirdə yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Fransanın Dövlət himnləri səsləndirilib. Azərbaycanın Fransadakı səfirliyi Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, həyata keçirdiyi islahatlar haqqında qonaqlara ətraflı məlumat verib.

Səfir Azərbaycan Xalq Cümhuriyyətinin milliyyətindən, sinfindən, cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi və vətəndaşlıq hüququ təmin etdiyini, ilk dəfə qadınlara seçki hüququ verdiyini, qadın-kişi bərabərliyini təmin etdiyini xüsusi qeyd edib.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bildirib.

Diplomatlar xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd ediblər.

Bildirilib ki, bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.

Diplomatlar bu gün müstəqil Azərbaycan Respublikasının regionda sülhün bərpa olunması naminə göstərdiyi səylərinə də toxunublar.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button