ManşetSosialXəbərlər

Parlament əmək pensiyasının artımı barədə qanunu təsdiqlədi

Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manata qaldırılması ilə bağlı qanun layihəsi parlamentdə təsdiqlənib. 

Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi müzakirəyə çıxarıb. Layihə barədə parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən parlamentə daxil olan qanun layihəsi vətəndaşların sosial rifahına yüksək təsir göstərəcək: “Dəyişiklik 233 min nəfərin pensiyasında artıma səbəb olacaq.

9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) artım olacaq.

Dəyişikliyə əsasən, pensiyanın minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur.

Təyin edilən pensiyanın məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Müzakirələrdən sonra deputatlar qanun dəyişikliyini təsdiqləyiblər.
Pensiyanın minimum məbləğinin artımı 2019-cu il 1 mart tarixindən hesablanacaq.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Bənzər məqalələr

Back to top button