2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Parlament hökumətə bir həftə vaxt verdi

Milli Məclis Aparatının xərclərinin artırılması xahiş olunur

Parlamentdə 2019-cu ilin büdcə zərfinə daxil olan “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsini müzakirəyə çıxarılıb.
Deputatlar çıxışlarında Milli Məclisə ayrılan vəsaitlərin daha da artırılmasını təklif ediblər.

Deputat Siyavuş Novruzov deyib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: “Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır. Sənədlərin hazırlanması üçün rus, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad gəlir. Bu baxımdan dilləri bilən mütəxəssislər yığışıb buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər”.

Deputat Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsaitin, həmçinin Milli Məclisin əməkdaşlarının da əmək haqlarının artırılmasını da təklif edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Çünki onlar gecə-gündüz işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini sənədləri, yerləşdirilməsi məsələsi ilə məşğul olurlar. Bu baxımdan bu sahəyə ayrılan vəsait artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər”.

Deputat Naqif Həmzəyev də deyib ki, parlamentin aparatının işi çox ağırdır:

“Milli Məclis aparatında elektron sistemi sürətləndirmək üçün təklif edirəm ki, hökumət tərəfindən bununla bağlı parlamentin büdcəsinə əlavələr olsun. Bu elektronlaşdırma işini xeyli sürətləndirərdi. Deputatların ofisinin də bu sistemə inteqrasiya olması çox faydalı olardı. İnanıram ki, biz deputatlar də bu məsələdə çiynimizə düşən işin məsuliyyətini daim unutmayacağıq”.

2019-cu ilin dövlət büdcəsindən Milli Məclisin və onun aparatının saxlanması üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib. Xərclər smetası 2018-ci il ilə müqayisədə 2 milyon 837 min 545 manat artırılıb.

Layihə barədə məlumat verən Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev deyib ki, xərclər smetasının 68.5 faizini əmək haqqı fondu və əmək haqqı ilə bağlı xərclər təşkil edir: “Son illər ölkədə aparılan məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan parlamenti xarici ölkədən gələn qonaqların, eləcə də deputatların həm xarici, həm də daxili ezamiyyətlərinin sayı xeyli artıb.

Parlament iclaslarının sayının çoxalması ilə əlaqədar dəftərxana, mətbəə avadanlıqlarının alınması xərclərinin artırılmasına, Milli Məclisin inzibati binasında 1994-cü ildən xidməti istifadə üçün quraşdırılan operativ rabitə ATS-nin yenidən qurulmasına, Milli Məclisin inzibati binalarının isidilməsi və soyudulmasını həyata keçirmək üçün 2006-cı ildə quraşdırılan kinderlərin sıradan çıxmış bəzilərinin yenidən əvəz edilməsi, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binasında 2 ədəd məlumat bazası, servis otağının yenidən qurulmasına vəsait tələb olunur”.

O, maliyyə nazirinə müraciətlə 2019-cu ilin xərclər smetasında bəzi maddələrdə vəsait çatışmazlıqlarını nəzərə alaraq vəsaiti artırmağı xahiş edib:

“Dəftərxana və təsərrüfat xərcləri paraqrafına 50 min, mətbəə xərclərinə 50, ezamiyyəyə 200 min manat, avadanlıqların alınması maddəsinə 150 min manat, digər alış və xidmətlər maddəsinə 200 min, icarə və muzdlu xidmətlər paraqrafına 200 min, digər maşın və avadanlıqlara 250 min manat, eləcə də Milli Məclisin avtoparkında maddi texnikanın bazasının yaxşılaşdırılması məqsədilə nəqliyyat vasitələri maddəsinə 200 min manat vəsaitin ayrılmasına köməklik göstərməyini xahiş edirik”.

Milli Məclisdə büdcə müzakirələri sona çatıb. Spiker Oqtay Əsədov noyabrın 23-dək hökumətə vaxt verib:

“Noyabrın 23-dək büdcə sənədi ilə bağlı hökumətə vaxt veririk. Büdcə ilə bağlı növbəti iclasımız noyabrın 23-də, daha sonra isə noyabrın 30-da keçiriləcək”.

2019-cu ilin büdcə layihəsi 3 gün – noyabrın 13, 14, və 15-də müzakirəyə çıxarılıb. Deputatlar layihələrlə bağlı təkliflərlə çıxış ediblər.

Büdcə zərfinə “2019-cu ilin dövlət büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri daxildir.

2019-cu ilin büdcə zərfi ilə bağlı layihədə dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri isə 24,7 milyard manat səviyyəsində proqnozlaşdırlır.

2019-cu il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Növbəti il üçün yaşayış minimumun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button