2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Parlament mason lojalarıyla maraqlanır – Gözlənilməz…

Rusiya Dövlət Dumasının deputatı, hakim Vahid Rusiya Partiyasının üzvü Vitali Milonov Baş Prokurorluqdan ölkədəki mason lojalarının fəaliyyətini yoxlamağı tələb edib.
Parlament üzvünün sözlərinə görə,  Rusiyada mason lojaları sərbəst fəaliyyət göstərir. Və onlar bu azadlıqdan sui-istifadə etməklə Rusiya qanunvericiliyinə zidd olaraq dövlətin daxili siyasətinə qarşırlar. V.Milonov qeyd edb ki, belə təşkilatların bəzi nümayəndələri hətta ölkənin seçkili vəzifələrinə namizədliklərini verməyə də cəhd edirlər.
“Sirr deyil ki, Mason ordeni qədim beynəlxalq ictimai-siyasi təşkilatlardan biridir.  Açıq söylənilən məlumatlara görə, masonluğun əsas məqsədlərindən biri- Mason ordeninin prinsipləri əsasında Yeni Dünya Düzəninin qurulmasıdır”- deyə hakim partiyanın üzvü olan deputat öz müraciətində  bildirib. O qeyd edib ki, mistik ictimai təşkilat olan masonluğun Rusiyada da nümayəndəlik və bölmələri var. Və bu qurumlar demokratik proseslərə müdaxilə etmək niyyətlərini açıq şəkildə bəyan edirlər.
Duma üzvü ona da diqqət çəkib ki, mason təşkilatlarının rəhbərliyi Rusiyadan xaricdə yerləşir:” Əsas mason lojaları Fransa, İngiltərə və ABŞ-da yerləşir.  Rusiya masonları isə öz xarici həmkarlarından de-yure asılı vəziyyətdədirlər…”
Bundan əlavə, Milonov xatırladıb ki, bir müddət əvvəl Rusiyada mason təşkilatlarının  fəaliyyəti qadağan edilir və onlara hakimiyyət tərəfindən ciddi nəzarət olunurdu.
moderator.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button