2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Parlament Müstəqillik Günü haqqında qanun qəbul edib

Bakı/15.10.21 Bu gün Azərbaycan parlamenti “Müstəqillik Günü haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Qanunun qəbul edilməsinin əleyhinə yalnız bir deputat səs verib.

Sənədə əsasən, əvvəllər “Respublika Günü” kimi qeyd olunan 28 may “Müstəqillik Günü” elan edilir.

28 aprel 1920-ci il tarixində Sovet Rusiyası tərəfindən işğal edilənə qədər mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin həmin günündə elan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Əvvəllər 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında konstitusiya aktının qəbul edilməsi ilə əlaqədar oktyabrın 18-də qeyd edilən “Dövlət Müstəqilliyi Günü” isə artıq “Müstəqilliyin Bərpası Günü” adlandırılacaq.

28 may əvvəlki kimi qeyri-iş günü, 18 noyabr isə iş günü hesab olunacaq.

Hakimiyyət hələ də bu yeniliklərin edilməsi zərurəti ilə bağlı aydın açıqlama verməyib.

Müxalifət bayramların adlarının dəyişdirilməsini tənqid edib. Hakimiyyətin tənqidçiləri 28 May bayramından “Respublika” sözünün çıxarılmasının yersiz olduğunu qeyd edirlər, belə ki, bu söz Azərbaycanın hələ 20 il əvvəl respublika idarəetmə formasını seçdiyini vurğulayırdı. Bundan başqa, bu, müsəlman şərqində ilk respublika idi.

Müxalifətçilər hesab edirlər ki, hakimiyyət respublika idarəetmə formasının əhəmiyyətini qəsdən kiçildir və təcrübədə respublika dəyərlərindən imtina edir.

Yeniliklərdən sonra bir sıra etiraz aksiyaları keçirilib, polis bu aksiyaların qarşısını alıb. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button