2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Parlament yoxsa “uşaq bağçası”?

Azərbaycan Milli Məclisinin iclası zamanı deputatın digər həmkarının yerinə səs verməsi, çıxış zamanı münaqişə yaratması və gündəlikdən kənar mövzuda danışması qadağan edilir.

APA-nın əldə etdiyi məlumata görə, bu, yeni hazırlanmış “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin 7-ci (Milli Məclisin iclaslarında etik davranış qaydaları) maddəsində əksini tapıb.

Saytların yığılması Saytlarin yigilmasi

Təklif olunan maddəyə əsasən, deputat başqa deputatın əvəzinə səs verməməli, onun verdiyi sual və təkliflərin məzmunu müəyyən edilmiş gündəliyə uyğun olmalıdır. Deputat çıxış edərkən başqasına hörmətlə yanaşmalı, mövqeyini hədə və digər zorakı hərəkətlərlə bildirməməlidir. Deputata iclas zamanı çıxış edənin sözünün kəsmək, kənar müdaxilə etmək, çıxışlarda kobud ifadələr işlətmək də qadağan edilir.

Qadağalara əməl olunmadığı təqdirdə MM-in İntizam komissiyasının parlament sədrinə müraciəti əsasında həmin deputat barəsində müvafiq qərar qəbul ediləcək.

DEPUAT NƏZARƏTDƏN ÇIXA BİLƏR?

Müsavat partiyasının başqan müavini Elman Fəttah belə bir qanun layihəsinin hazırlanmasını absurd hesab edir. Onun sözlərinə görə deputatların səlahiyyətlərini müəyyənləşdirən qanunvericilik mövcuddur. Elman Fəttah bildirir ki, bu yeni qanun isə deputatların səlahiyyətlərini məhdudlaşdıracaq ki, bu,yolverilməzdir.

Müxalifət partiyasının funksioneri deyir ki, görünür, hökumət idarəetmə ilə bağlı bu günə qədər ələbaxımlı olan deputatların yaxın zamanlarda baş verəcək müəyyən proseslərdən sonra onların hökumətə tabe olmasından imtina edə biləcəyindən narahatdır. Onun sözlərinə görə adətən diktatura rejimlərində diktatorlar hər kəsin bütüb davranışlarını tənzimləməyə cəhd edirlər. Elman Fəttah bildirir ki, bu da o niyyətdən xəbər verən məsələdir. Partiya funksioneri bu qanun layihəsini antikonstitusion hesab etdiyini bildirir.

Müstəqil hüquqşünas Aslan İsmayılov parlamenti uşaq bağçası ilə müqayisə edir. Hüquqşünas deyir ki, uşaq bağçasında uşaqlara necə oturub durmağı öyrətdikləri kimi, deputatlara da onları öyrətmək lazımdır.

Aslan İsmayılov bildirir ki, amma bunu qanunla həyata keçirmək istəsələr belə, nəticəsi olmayacaq. Hüquqşünas deyir ki, belə bir qanun layihəsi hazırlamaqdansa, normal parlament seçkiləri keçirmək lazımdır ki, ali qanunverici orqana təsadüfi adamlar düşməsin. Savadlı, əxlaqlı insanlar təmsil olunsun parlamentdə.

Milli Məclisin İntizam komissiyasının üzvü, deputat Fazil Mustafa isə bildirir ki, yeni qanun layihəsində nəzərdə tutulanlar Konstitusiyada təsbit olunub. Onun sözlərinə görə burda əsas məsələ deputatın ictimaiyyətlə münasibətlərdə etik qaydaları gözləməsi və prosedur qaydalarına əməl etməsidir.

Deputat bildirir ki, bu,elə bir problemli qanun deyil. Fazil Mustafanın fikrincə bu qanun layihəsi deputatları daha məsuliyyətli olmağa gətirib çıxaracaq.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button