Now Reading:
Parlamentdə “İstiqlalçı deputatlar”la bağlı mübahisə

Siyavuş Novruzov:” Özlərini istiqlalçı elan edirlər, qalan deputatlar qalır kənarda”

Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib. 24saat.org xəbər verir ki, layihənin müzakirəsində iştirak edən deputat Fazil Mustafa təklif edib ki, 1991-ci ildə müstəqillik aktına səs verən “İstiqlalçı deputatlar” da təltif edilən edən şəxslər siyahısına salınmalıdır. “Təkcə Cümhuriyyət liderlərinin varisləri salınmamalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fədakarlıq etmiş şəxslərin varisləri də bu siyahıya əlavə edilməlidi. “ Bundan başqa “İstiqlalçı deputatlar”ın da adı siyahıya əlavə edilməlidir. Biz onların pensiya təminatını da həll etmədik, heç olmazsa Cümhuriyyətin yüz illik yubileyi ilə bağlı Azərbaycan müstəqilliyinə səs verənlərə də bu medal verilməsi məsələsinə baxa bilərik”.

Deputat Siyavuş Novruzov isə həmkarının təklifinə etiraz edib: “Tez-tez mətbuatda “istiqlalçı deputatlar”dan yazılır. Azərbaycan parlamentinin 350 nəfər üzvü olub, onlar da Azərbaycanın müstəqilliyinə səs verib. Referendumun əleyhinə çıxanlar özlərini istiqlalçı elan edeirlər, qalan deputatlar qalır kənarda. Parlamenti iki yerə bölmüşdülər: “Demplok”, “Komblok”. Hardan bilinir? Bunun alnında yazılmışdı, sənədində yazılmışdı ki, bu “Demblok”du, digəri “Komblok”. Azərbayacnın müstəqiliyinin elan olunmasında 350 deputat hamızı iştirak edib. Burda o deputatlardan da var, xahiş edirəm onlar da münasibət bildirsin. Məgər kommunist olanlar istəmirdi Azərbaycan müstəqil olsun? Xahiş edirəm, Oqtay müəllim, tapşırıq verin, o siyahını çıxarıb Milli Məclisdə assınlar, bununla da mübahisələrə son qoyulsun”.

Deputat Fərəc Quliyev isə Siyavuş Novruzovun fikrinə etirazını bildirib. O da vaxtilə “Demblok”un üzvü olduğunu deyib. “O dövrdə hər kəsin müstəqilliyə səs verdiyini mən də təsdiq edirəm. Amma ona görə istiqlalçı deputat deyirlər ki, onda SSRİ-nin saxlanması əleyhinə 43 nəfər çxımışdı və bu zalda aclıq aksiyası keçirilmişdi. Onda rəhmətrlik Heydər Əliyev də bizə dəstək verirdi, hətta Naxçıvanda referendumun keçirilməsinə imkan vermədi. Onda Heydər Əliyev bu zala girəndə ayaqlarını yerə döyənlər var idi, Demblok isə əksuinə, onu dəstəkləyirdi. Hesab edirəm ki, həmin istiqlalçı deputatlarla bağlı müəyyən müsbət addımlar atılmalıdır” – deyə F.Quliyev bilduirib.
Mübahisələrə münasibət bildirən spiker Oqtay Əsədov bildirib ki, təftişçilikdən qurtarmaq lazımdır.

Deputat Araz Əlizadə isə M.Ə.Rəsulızadəyə heykəl qoyulmasını təklif edib: “Radikal müxalifət Məhəmməd Əmin Rəsulzadənin heykəli məsələsini ortaya atırlar. Təklif edirəm ki, 100 illiklə əlaqədar şəhərin yaxşı bir yerində Cümhuriyyət memarları ilə bağlı bir yer ayrılsın və orada hər birisinin xatirəsi əbədiləşdirilsin.
Vitse-spiker Bahar Muradova bildirib ki, Milli Məclisdə Cümhiriyyətin yubileyi ilə bağlı Oqtay Əsədovun qərarı ilə hazırlıq qrupu yaradılıb və tədbirlər planmı hazırlanır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.