2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Parlamentin buraxılması ilə bağlı gətirilən arqument özünü doğrultdumu?


Azərbaycanda bu ilin payızında keçirilməli olan parlament seçkiləri, təqribən 8 ay əvvəl, fevralın 9-da baş tutdu. Parlamentin buraxılmasını gündəmə gətirən qanunverici orqanda çoxluqda olan hakim Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin Prezidentin sürətli islahatlarına cavab verməli olduğunu bəyan edirdilər. Nəticədə parlament özünü buraxdı, seçkilər 8 ay tez keçirildi. Bəs sürətli islahatlar aparıldımı? Aparıldısa onlar nədə özünü göstərir? Ən nəhayət, bütün bunlarda yeni parlamentin töhfəsi nə oldu?

“Kadr və instutsional islahatları aparılır”

Deputat Vahid Əhmədov bildirir ki, islahatlar seçkilərdən əvvəl başlayıb və yeni prezident seçkilərindən sonra bu islahatlar dayanmayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Dövlət başçısı İlham Əliyev 2018-ci ildə prezident seçildikdən sonra islahatlara start verildi. Amma son zamanlar islahatlar sürətləndirilib, kadr və instutsional islahatları aparılır. Xüsusilə rüşvət və korrupsiyaya qarşı ciddi addımlar atılır. Yəni prezident seçkilərindən sonra islahatlar dayanmayıb”.

“…Danışmaq çox tezdir”

Vahid Əhmədov  elə parlamentin tərkibinin yenilənməsi də islahatların tərkib hissəsi sayır. 

“Çünki o zaman təklif edildi ki, Milli Məclis yenilənsin və nəticədə seçkilər keçirildi. Amma parlamentin əsas vəzifəsi qanunlar qəbul etmək və aparılan islahatlara dəstək verməkdir ki, bununla da əhalinin həyat şəraiti yaxşılaşsın. Məncə, bu istiqamətdə parlament müəyyən addımlar atdı. Nəzərə alın ki, Milli Məclisin bir sessiyası keçirilib, ona görə də bu orqanın fəaliyyəti, töhfəsi barədə danışmaq çox tezdir”.

Ancaq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli fərqli düşünür. Anar Məmmədli bu ilin fevralında keçirilən seçkilərin vaxtından 8 ay öncəyə çəkildiyini xatırladır. Onun fikrincə, bu müddətdə Azərbaycanda hüquqi-siyasi islahatlar olmadı ki, parlamentin də həmin prosesdə rol aldığı görünsün.

“Bunları islahat adlandırmaq olmaz.”

Anar Məmmədli parlament seçkilərinin növbədənkənar keçirilməsi ilə bağlı irəli sürülən arqumentlə razılaşmır:

“Məsələ ondan ibarət idi ki, iqtisadi durum daha da pisləşdiyindən noyabrda seçkilər fərqli atmosferdə keçirilə bilər. Nəticədə müxalifətin və başqa siyasi xadimlərin təşkilatlanmasına imkanlar yaranardı. Beləliklə, hakimiyyət seçkinin daha rəqabətli keçirilməsinin qarşısının alınması üçün vaxtından 8 ay öncə gerçəkləşdirdi. Faktiki ölkədə hər hansı dəyişikliklər də gözlənilmirdi və bu da baş vermədi. Baxın, ötən 8 ayda ciddi siyasi hadisənin şahidi olmadıq. Sadəcə, bəzi şəxslər vəzifələrini itirdilər, mərkəzi və yerli icra strukturlarına yeni adamlar gətirildi. Bunları islahat adlandırmaq olmaz.”

“İdarəçiliyə yeni dəyərlər gətirilməlidir”

A.Məmmədlinin fikrincə, islahat strateji plan deməkdir: “ Nəyi dəyişmək və necə ölkə görmək istəyirlər suallarına cavab verilməlidir. İkinci, islahatlar dəyərlərin dəyişməsi deməkdir, idarəçiliyə yeni dəyərlər gətirilməlidir. Amma bunların şahidi olmadıq, istər sosial-iqtisadi, istər hüquqi dövlətə münasibətdə, istərsə də siyasi proseslərə yanaşmada dəyişiklik görmədik. İndi nə baş verdi ki, parlamentin də bu gedişatda rol aldığını görək?!”.

Xatırlatma

Milli Məclisin 2019-cu ilin dekabrın 2-də keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyasının deputatlarının həmin parlamentin buraxılmasına aid təşəbbüsü ilə bağlı (Onlar bunu prezidentin islahatlarına dəstək məqsədilə izah etmişdilər) qərar qəbul edildi. Prezident İlham Əliyev dekabrın 5-də Milli Məclisinin beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Seçkilərin nəticələrinə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yenə Azərbaycan Partiyası (YAP) qazandı.

Müxalifətin bir qismi hakimiyyətin islahatların imitasiyasını yaratmaq istədiyini bildirərək seçkiləri boykot etdi. Onlar dedilər ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum mühit belə yoxdur. Rəsmilər isə bu fikirlərlə razılaşmırdılar. Seçkilərdən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu da rəyini açıqladı və orada bir sıra tənqidi fikirlər yer aldı. Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairədə nəticələri ləğv etdi.

Həmin dairələrdə seçicilərin iradəsinə müdaxilə olduğu bildirilirdi. Bəzi müxalif partiyalar və müstəqil namizədlər isə bütün dairələrdə nəticələrin ləğvini istəyirdilər. Hərçənd, MSK və Konstitusiya Məhkəməsi buna ehtiyac görmədi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button