2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Partiya lideri beş ay müddətinə həbs edilib

Bakı/13.01.22 Yanvarın 13-də Bakının Yasamal rayon məhkəməsi müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevi böhtan ittihamı ilə beş ay müddətinə azadlıqdan məhrum edib.

Ona qarşı Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərov iddia qaldırmışdı.

Qeyd edək ki, Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilov da Əliyevə qarşı bənzər iddia qaldırıb. Onlar hər ikisi noyabrın 30-da Xızı rayonunda Mi-17 helikopterinin qəzası zamanı sağ qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

İddiaya səbəb Əliyevin 9 dekabr 2021-ci il tarixində Osmanqızı TV Youtube kanalına verdiyi müsahibə olub.

Əliyev helikopterin kənardan təxribat nəticəsində qəzaya uğramış ola biləcəyi barədə ehtimal irəli sürüb. Buna görə Sərhəd Xidmətinin helikopterinə hücum Azərbaycan sərhədinə hücum kimi qiymətləndirilməlidir, deyə o bildirib.

Əliyev təxribatın arxasında çoxdandır Azərbaycan sərhədini öz mühafizəsi altına götürməyə çalışan Rusiyanın dayana biləcəyini istisna etməyib.

Buna əsasən, Əliyev qəzada iki sərhədçinin sağ qalmasının həqiqətə uyğun olmadığını hesab edib.

Vəkil Cavad Cavadovun Turan-a verdiyi məlumata görə, müdafiə tərəfi dinləmələrin təxirə salınması haqqında vəsatət qaldırıb. “Mən müdafiəyə bu gün qoşulmuşam və buna görə iş materialları ilə tanış olmaq üçün dinləmələri təxirə salmağı xahiş etdim. Amma hakim mənə cəmi 30 dəqiqə verdi və iclası davam etdirdi”, deyə vəkil bildirib.

Onun sözlərinə görə, Əliyev özü zabitlərə böhtan atmaq məqsədi olmadığını deyib. Əli Əliyev sadəcə olaraq faktları təhlil etdiyini və onların helikopterdə olmadığı barədə qənaətə gəldiyini deyib. Onun sözlərinə görə, belə böyük yüksəklikdən düşən helikopterdə sağ qalmaq qeyri-mümkündür.

Vəkil qeyd edib ki, məhkəmə iclasında Əliyev özünü pis hiss edib, onun arterial təzyiqi 220/150-yə yüksəlib. Amma hakim prosesi davam etdirib.

İclasda fasilə zamanı Əliyev məhkəmə zalından buraxılmayıb. Dinləmələr başa çatdıqdan sonra müdafiə tərəfi yekun çıxışa hazırlıq üçün bir neçə gün istəyib.

Cavadovun sözlərinə görə, müdafiə tərəfinə hazırlıq üçün cəmi 5 dəqiqə verilib, Əliyevə isə hakim ümumiyyətlə son söz verməyib.

Qısa müşavirədən sonra hakim Əliyevi 147.1-ci (böhtan) maddə ilə 5 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Cavadov qərarı “məhkəmənin icra etdiyi növbəti sifariş” adlandırıb. Onun sözlərinə görə, prosesin prosessual normaların kobud pozuntusu ilə keçirilməsində və hökmün elan edilməsində tələskənlik buna dəlalət edir. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək.

Vəkil qeyd edib ki, digər bənzər iddia üzrə məhkəmə prosesi davam edir. Müdafiə tərəfi orada da azalıqdan məhrumetmə barədə hökm çıxarılacağını istisna etmir. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button