2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Partiya sədri hökuməti ayıq olmağa səslədi

Əli Əliyev: “Bəzi dövlətlər ölkəmizdə etnik zəmində süni qarşıdurma yaratmağa çalışır”

VİP sədri Əli Əliyev 24saat.org-a açıqlamasında bəzi dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycanda etnik-dini zəmində süni qarşıdurma yaratmağa çalışdığını, bu cür fəaliyyətin əvvəllərki dönəmlərdə də müşahidə olunduğunu bildirib. Partiya sədrinin sözlərinə görə, məqsəd xalqı daxildən zəiflətmək, dövləti parçalamaqdır:

“Bəzi qüvvələr tərəfindən xalqı içəridən parçalamaq üçün fitnə-fəsadlara daim əl atılıb, etnik-dini zəmində problemlərin yaradılmasına təşəbbüslər göstərilib. 1993-cü il hadisələri zamanı məhz kənardan gələn fitnələrin nəticəsi idi ki, Azərbaycanın müxtəlif bölgələrində etnik separatizmi situmullaşdırırdılar. Dövləti zəiflətmək, onu parçalamaq üçün bu faktordan istfadə etməyə çalışırdılar.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumət bu məsələdə ayıq olmalıdır. Etnik separatçılığı təbliğ edən, bu istiqamətdə fəaliyyət göstərən şəxslər neytrallaşdırılmalıdır. Xarici dövlətlərin xüsusi xidmət orqanları bəzi adlar altında bu istiqamətdə sistematik fəaliyyət göstəriblər. Onlar bu gün də fəaliyyət göstərir, gələcəkdə də fəaliyyət göstərəcəklər. Odur ki, daim ayıq-sayıq olmaq, bu cür cəhdlərin qarşısını qətiyyətlə almaq lazımdır”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button