2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Partiya sədri: ‘Məni sadəcə avtobusa otuzdurub Şuşaya aparmaq mümkün deyil’

Oktyabrın 21-də Ədliyyə Nazirliyi iki siyasi qurumun- Azərbaycan Yüksəliş Partiyasının (sədri Anar Əsədli) və Haqq Ədalət Partiyasının (sədri keçmiş Səhiyyə naziri Əli İnsanov) da qeydiyyata alındığını açıqladı.

Rəsmi açıqlamaya görə, hazırda ölkədə 55-dən çox siyasi partiya var və onların da 7-si ötən il qeydiyyata alınıb. Lakin elə partiyalar var ki, illərdir dövlət qeydiyyatına düşə bilmir.

Buna səbəb nədir? Hökumətin bununla bağlı siyasi partiyalara fərqli yanaşması mövcuddurmu?

Saytların yığılması Saytlarin yigilmasi

E.Nəsirov

Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü, deputat Elman Nəsirov “Turan”a bildirib ki, 2018-ci ildə Azərbaycanda keçirilən prezident seçkisindən sonra dövlət başçısı hərtərəfli islahatların anonsunu verib: “Bu islahatlar bütün sahələri – həm ali icra, həm qanunvericilik, həm də məhkəmə hakimiyyətini, iqtisadiyyatı, sosial həyatı əhatə edir”.

Onun sözlərinə görə, bu, eyni zamanda, yeni siyasi mədəniyyətin formalaşması idi: “Bu yeni siyasi mədəniyyət həm də partiyalararası dialoq mühitinin inkişafını özündə ehtiva edirdi. Bu siyasətin nəticəsini biz gördük. Müharibə dövründə ölkəmizdə olan siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanatlarla çıxış etdilər”.

“Özü-özünü blokada vəziyyətinə salıb”

Deputat qeyd edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi əksər siyasi partiyaların rəhbərliyi ilə görüşlər keçirib: “Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) özü bu görüşlərdən imtina edib və özü-özünü blokada vəziyyətinə salıb. Amma digər partiyalarla görüşlərdə həllini gözləyən məsələlər müzakirə olunub. Məlum olub ki, bu partiyaların qeydiyyat problemi var. Digər tərəfdən, bir çox partiyaların qurultayı keçirilmir, hesabatlar vermir, əvvəlki sədrləri dünyasını dəyişib, indiki rəhbərliyi isə legitim deyil. Bu məsələlər artıq öz həllini tapıb”.

Onun fikrincə, əgər partiyanın qeydiyyat problemi varsa, bu, heç bir halda administrativ maneələrlə bağlı deyil.

Dialoq, yoxsa görüntü?

AXCP funksionerləri isə deyilən görüşdən imtina etmədiklərini vurğulayıblar. Onlar deyiblər ki, dialoqun konkret mövzuları olmalıdır (azad seçkilər və başqa şərtlər səsləndiriblər), onlar görüntü xətrinə heç bir prosesdə iştirak etmək niyyətində deyillər.

E.Həsənov

E.Həsənov

Azərbaycan Sosialist Partiyasının rəhbəri Elşən Həsənov isə AzadlıqRadiosuna deyib ki, sənədlərinin hamısının qaydasında olmasına baxmayaraq, onların partiyası illərdir dövlət qeydiyyatına alınmır:

“21 il bundan qabaq…”

“21 il bundan qabaq biz partiyanı təsis etdik və sənədləri Ədliyyə Nazirliyinə təqdim etdik. Lakin 2002-ci ildən başlayaraq nazirlikdən bizə imtina cavabı gəlir. Biz 2003-cü, 2005-ci, 2008-ci, 2015-ci illərdə də partiyanın qeydiyyatı ilə bağlı rəsmi müraciət etmişik, hər dəfə də “çatışmazlıqlar” bəhanəsi ilə yazıblar ki, qeydiyyatdan imtina edilir”.

O deyir ki, ölkədə siyasi partiyalarla dialoq elan olunanda bu partiyanın qeydiyyatı ilə bağlı yenidən müraciət ediblər: “Bizi dialoqa dəvət etdilər. Görüş zamanı gördülər ki, mən özünəməxsus fikirli bir adamam və məni sadəcə avtobusa otuzdurub Şuşaya aparmaq mümkün deyil (Prezident Administrasiyasinin təşkilatçılığı ilə siyasi partiyaların Şuşaya bu günlər səfəri olub). Sonra da yenə qeydiyyata almaqdan imtina etdilər”.

Onun sözlərinə görə, məsələ ilə bağlı məhkəməyə üz tutub, Bakı Apellyasiya Məhkəməsi qərarı Ədliyyə Nazirliyinin xeyrinə çıxarsa da, Ali Məhkəmə işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb: “Buradakı məhkəmələr bizə “yox” desələr, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutacağıq”.

Bu deyilənlərə və ümumilikdə mövzuya Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma dialoq prosesində iştirak edən partiyalar onun ölkə üçün əhəmiyyətinin danılmaz olduğunu düşünürlər.

Ə.Məmmədli

Ə.Məmmədli

“Bunun davamı gəlməsə…”

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, AİHM-ə bu məsələ ilə bağlı bir neçə müraciət olmuşdu: “Azərbaycan hökuməti öhdəlik götürmüşdü ki, məsələni dostca həll etsin. Hökumət bu istiqamətdə qanunvericilik tələbinə əməl etmə öhdəliyini yazılı şəkildə götürmüşdü”.

Onun fikrincə, son vaxtlar Azərbaycan hökuməti dialoq olduğunu cəmiyyətə təqdim etmək istəyir və bəzi partiyaların qeydiyyat, ofis problemlərini həll edir: “Bunun davamı gəlməsə, bu, imitasiya xarakterli bir prosesdir”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button