2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Partiya sədrindən eks-prezidentlərlə bağlı hakimiyyətə çağırış…

“Konstitutsiyaya dəyişiklik bizdə də hakimiyyət bölgüsünün göstəricisi olacaq”
“Eks-prezidentlər haqqında qanuna da dəyişiklik olunmalı, onlara diplomatik status verilməli, eyni zamanda ölkənin ictimai-siyasi həyatında aktiv rol almaq üçün şərait yaradılmalıdır”

Ölkə konstitutsiyasına dəyişiklik edilməsi ictimaiyyət içində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib və bu da təbiidir. Çünki Azərbaycan Respublikası Konstitutsiyasının 60 maddəsinə təklif olunan dəyişiklik ölkənin idarəetməsində tamilə yeni bir sistemin yaradılmasına yol açacaq.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mövzu ətrafında suallarımızı cavablandırıb.
– Hafiz bəy, ölkə referenduma hazırlaşır. Bilirik ki, hər bir ölkənin konstitutsiyasının dəyişdirilməsi həmin ölkə üçün çox ciddi siyasi prossesdir. Hazırda olkə prezidentinin konstitutsiyaya dəyişiklik aktı cəmiyyətimizin əsas müzakirə mövzusudur. Konstitutsiyaya dəyişiklik aktını böyük əksəriyyət dəstəkləsə də, bəziləri dəyişikliklərə qarşı çıxırlar. Sizin partiyanızın bu barədə mövqeyi necədir?
– Müstəqillik illəri onu göstərdi ki, Azərbaycan dövlətçiliyi inkişaf etdikcə, onun qarşısına  müəyyən hüquqi və demokratik prosseslərin idarə edilməsi nöqteyi-nəzərindən  müxtəlif problemlər ortaya çıxır. Bu da təbiidir. Çünki hər şeyi birdən mükəmməl yaratmaq olmur. Ona görə də hesab edirik ki, prezident İlham Əliyevin təqdim etdiyi dəyişiklik zamanın tələbidir. Çünki dünyada gedən prosseslər hər gün dəyişir. Bu üzdəndə idarəetmə zamanın tələbinə uycun olaraq təkmilləşdirilməlidir. Bundan əlavə ölkə başçısının üzərinə daha artıq idarəçilik yükü düşür, odur ki, ölkə Konstitusiyasında dəyişiklik etmənin vacibliyi ortaya  çıxır. Hər şeydən əvvəl ölkənin perspektiv inkişafını təmin edəcək strukturların yaradılmasını zaman diktə edir. Biz hesab edirik ki, qloballaşma şəraitində Azərbaycan Konstitusiyası ölkəni daha effektiv olmalı və idarə etmə təkmilləşdirilməlidir. Bizim partiya vitse-prezident institutunun yaradılmasını da bununla izah edir.
– Belə çıxır ki, ölkəmiz inkişaf etdikcə, onun idarəçilik strukturları təkmilləşdirilməli, ölkənin effektiv idarə  olunması üçün  yeni strukturlar yaradılmalıdır?
– Həqiqətən belədir. Seçkilərdə yaş həddinin aşağı endirilməsi və yaxud prezidentliyə namizədin yaş həddinin aşağı salınmasına diqqət edək. Bütün bunlar perspektivli və ağıllı Azərbaycan balaları üçün geniş fəaliyyət dairəsi açır, onların dövlətin idarəçiliyində  iştirakını artırır. Vətəndaşların demokratik yollarla hakimiyyətdə təmsil olunma imkanlarının artması, ölkənin inkişaf göstəricilərindən biri sayılır. Bizə elə gəlir ki, referendumun keçirilməsi, hər şeydən əvvəl bunla bağlıdır.
– Vitse-prezident institutunun yaradılması ilə bağlı suallar vermək istərdik. Sizin fikrinizcə bu Azərbaycana nə verir?
-Hər şeydən əvvəl, prezidentin  üzərinə düşən bəzi  səlahiyyətləri və vəzifələrin vitse-prezident institutuna verilməsi bir çox aktual məsələrin həllində prezidentə daha çox vaxt və imkan verir. İü eyni zamanda prezidentin fəaliyyətini stimullaşdırır və daha keyfiyyətli fəaliyyə üçün yol açır.
– Bunu necə başa düşək? 
– Elə məsələlər vardır ki, onunla məşğul olmaq prezidenti dövlətindaha aktual məsələləri ilə məşğul olmasına mane olur. Bir adamın 24 saat ərzində çoxlu sayda aktual problemlərlə məşğul olması fiziki cəhətdən ağırlıq yaradır. Vitse-prezident institutunun yaradılmasından sonra isə prezidentin üzərindəki fiziki yük azalır. Yəni elə məsələlər var ki, onlar vitse-prezident institutu səviyyəsində öz həllini tapacaq. Bu da prezidentə aktual və qlobal məsələlərin həllində daha effektli fəaliyyət göstərməsi üçün şərait yaradacaq.
– Vitse-prezidentin üzərinə hansı vəzifələr qoyula bilər?
– Bu əlbəttə ki, prezidentin işidir. Prezident hansı məsələri vitse-prezidentə həvadə edəcəksə, vitse-prezident həmin işlərlə məşğul olacaq. Bunun da dünya miqyasında çoxlu anoloqları var. Prezident özü bildiyi işləri vitse-prezident institutuna həvalə edə bilər, ya da səlahiyyətlərinin bir qismini müvəqqəti olaraq I vitse-prezidentə verə bilər. Bundan əlavə müstəsna hallarda, prezident dincəlməyə gedəndə, xəstələnəndə, müalicə olunanda və yaxud müəyyən səbəblərə görə dövlət idarəçiliyindən uzaq olanda, I vitse-prezident onu tam əvəz edə bilir. Məncə bu dünyada olduğu kimi, bizdə də  hakimiyyət bölgüsünün olduğunun göstəricisidir. Digər tərəfdən Azərbaycana düşmən olan qüvvələr ölkəmizdə demokratik institutların olmamasını, ölkədə diktatura rejimi olduğu imicini yaratmaq istəyirlər və müəyyən səviyyələrdə ölkəmizdə nisan hüquqlarının pozulması və s. gündəmə gətirirlər. Azərbaycanın bu referenduma getməsi, əlbəttə ki, ölkə rəhbərliyinin bütün bunlara reaksiyasıdır. Dünyaya göstəririk ki, xalqımız demokratik seçimlər edir, ölkədə yeni idarəçilik institutları yaradılır və hakimiyyət bir nəfərin əlində deyil.
– Qərb mətbuatı bu strukturun yaranması ilə bağlı Azərbaycanda gedən prosesləri bir mənalı qarşılamırlar. Və qeyd edirlər ki, bu strukturlar işləməyəcək, çünki bu da yeni bir bürokratik aparata çevriləcək.
– Konstitusiyadan irəli gələn qanun və institutların işləməsi vacib məsələdir. Hər şeydən əvvəl demokratiyanın göstəriciləridir. Dövlət institutları arasında hakimiyyət bölgüsünün olduğunu göstərir. Bir şeyi də qeyd edim, ABŞ və başqa inkişaf etmiş ölkələrdə eks-prezidentlər ölkənin xarici və daxili siyasəti ilə bağlı bir çox  məsələlərin həllində iştirak edir, ölkə iqtidarı ilə sıx əlaqədə olurlar. Bu gün Karter, Buş, Kliton kimi eks-prezidentlərin ABŞ ictimai-siyasi həyatında rolu danılmazdır və onlar bir şəkildə fəaliyyətdə olan prezidentə çətin məqamlarda yardımçı olmağa çalışırlar. Əfsuslar olsun ki, bizdə eks-prezidentlər arsında düşmənçilik meyyləri olub və bu davam edir. Ona görə də yeni dövlət ənənələrinin yaranmasına ehtiyac var. Bizdə eks-prezidekntlər ancaq pensiya barədə düşünürlər. Halbuki onlar öz nüfuzlarını ölkədə sağlam ab-hava yaradılmasına sərf etməlidirlər. Beynəlxalq miqyasda Azərbaycanın müsbət imic qazanması üçün əmək verməlidirlər. Mən hətta hesab edirəm ki, eks-prezidentlər haqqında qanuna da dəyişiklik olunmalı, onlara diplomatik status verilməli, eyni zamanda ölkənin ictimai-siyasi həyatında aktiv rol almaq üçün şərait yaradılmalıdır. Hazırda elə çətin zaman kəsiyində yaşayırıq ki, bizim təcrübəli insanlarımza çox ehtiyaxımız var. Mən sual verirəm, Azərbaycanın eks-prezidenti niyə Bakıda və ölkənin digər şəhərlərində keçirilən beynəlxalq konfranslarda, toplantılarda iştirak etmir. Bunun nəyi ziyanlıdır. Henri Kissincer bu günə qədər ABŞ-a ziyan vurubmu?  Halbuki həddindən artıq yaşlanmasına baxmayaraq, ABŞ-ın keçmiş dövlət katibi beynəlxalq miqyasda ABŞ-ın bir nömrəli diplomatı olmaqda davam edir. Ən problemli və gərgin məsələlrin həllinə məhz onu yollayırlar və o da vəzifəsinin öhdəsindən gəlir. Ona görə də hesab edirəm ki, keçmiş prezidentlərlə fəaliyyətdə olan prezident arasında sağlam siyasi-ictimai bağ olmalıdır. Bu ənənə Azərbaycanda formalaşarsa, hesab edirəm ki, Azərbaycan cəmiyyəti həm sağlamlaşar, həm də daha irəli görüşlü bir cəmiyyət formalaşar.(pia.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button