2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Partiyası seçkidə ikinci olan baş nazir istefa verir


 

Rumıniyanın qərbpərəst baş naziri Ludoviç Orban istefa verib. Onun Milli Liberal Partiyası (PNL) həftəsonu keçirilmiş parlament seçkisində ikinci yerə çıxmışdı, ancaq hakimiyyətdə qalmaq üçün mövqeyini qoruyub saxlamışdı.

Orban istefaya getdiyini dekabrın 7-də açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Seçkidə solçu müxalifət gözləndiyindən daha yaxşı nəticə ortaya qoyub. Populist və korrupsiyaya meylli Sosial Demokratlar (PSD) səslərin 30 faizini, sağ mərkəzçi PNL isə ondan təxminən 5 faiz az səs yığıb. PSD kommunizmin iflasından bəri Rumıniya siyasətində dominant mövqedədir.

Orban hökuməti daha çox koronavirus pandemiyası ilə mübarizəsinə görə tənqid olunurdu. O, televiziya ilə çıxışında deyib ki, vəzifəsini yerinə yetirdiyi üçün istefaya gedir.

Prezident Klaus Yohannis Müdafiə naziri Nikolae Kiukanı müvəqqəti baş nazir təyin edib. Prezident parlamentdə təmsil olunan partiyalarla məsləhətləşmələr aparmalıdır.

PSD-nin yeni parlamentdə müttəfiqləri olmayacaq. PNL-in keçmiş lideri, PSD-yə qarşı mövqeyi ilə tanınan Yohannis dekabrın 7-də deyib ki, PSD “siyasi qərarvermə prosesindən kənar” saxlanacaq, Rumıniyada yeni sağ mərkəzçi hökumət qurulacaq. Yohannis daha öncə də demişdi ki, o, prezidentliyi dövründə PSD-nin hakimiyyətdə olmasını istəmir. Yohannis 2024-cü ilədək prezident olacaq.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button