Loading...
Loading...
Vakansiya 2021

PAŞA Bank Son müraciət:04.09.2021 İT əməliyyatları departamentində Sistem etibarlılığı üzrə Mühəndis

 

“PAŞA Bank” ASC olaraq İT əməliyyatları departamentində Sistem etibarlılığı üzrə Mühəndis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Mövcudluq, gecikmə, performans, səmərəlilik və dəyişikliklərin idarə edilməsi;
• Monitorinq, fövqəladə hala cavab vermə qabiliyyəti və həcmin planlaşdırılması;
• Layihə mərhələsindən başlayaraq yerləşdirmə, əməliyyat və təkmilləşdirmə vasitəsilə
xidmətlərin bütün mərhələlərində iştirak və onların təkmilləşdirilməsinə cavabdehlik;
• Təşkilat üçün kod standartlaşma və avtomatlaşdırma prosesinin yaradılması;
• Proqram relizləri, konfiqurasiyası, monitorinqinə cavabdehlik və bütün istehsal sisteminin komponentlərinə və infrastruktura dəstək;
• Unix/Linux və Cloud platformalarında mövcud sistemləri, xidmətləri və infrastrukturunun analizi və onların təkmilləşdirilməsi;
• Çatdırılma vaxtı, kod keyfiyyəti və prosesin effektivliyinin təkmilləşdirilməsi üçün layihələrin planlaşdırılmasında iştirak;
• Hadisələrə davamlı reaksiya təcrübəsinin tətbiqi və müzakirələrinin təşkili;
• Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərinin analizi;
• Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: Aidiyyatı sahə üzr minimum 3 il
Lisenziya/ Sertifikat: RHCE, CKA
Xarici dillər: İngilis dili
Kompüter bilikləri: Linux OS family, WebLogic, JBOSS, Cloud (IaaS, PaaS, SaaS), Kubernetes, Docker, Ansible, EFK ,Terraform, CircleCi, Jenkins, Python, Go üzrə təcrübə
Məhsul bilikləri: Agile və CI/CD, mənbəyə nəzarət vasitələri və yazı dili üzrə məlumatlı olmaq
Bazar üzrə bilik: SRE və DevOps trendləri
Digər : Komandada iş və analitik düşüncə bacarıqları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi recruitment@pashabank.az ünvanına başlıqda “Sistem etibarlılığı üzrə Mühəndis” qeyd edərək göndərməyiniz xahiş olunur.

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button