Vakansiya 2021

PAŞA Bank Son müraciət:09.11.2021 Marketinq Tədqiqatı və Analitika üzrə Mütəxəssis / Baş Mütəxəssis

Loading...

 

“PAŞA Bank” ASC olaraq Marketinq Tədqiqatı və Analitika üzrə Mütəxəssis / Baş Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Rəhbərliklə birgə satış planını hazırlanmasında iştirak etmək və seqmentlərin daxilində məlumatların satış komandalarına ötürülməsi;
• Seqmentlərə dəstək üçün strateji və kommersiya planlaşdırmalarında iştirak etmək;
• Seqmentlər üzrə kommersiya planı üzrə reportun hazırlanması və satış, portfel və NPL analitikasının aparılması;
• Satış komandalarının performansının təhlili və satış fəaliyyətinin səmərəliliyinin analitikasının aparılması;
• Müştəri məlumatlarının dəqiqliyi və bütövlüyünün düzəldilməsi təşəbbüskarlığının edilməsi;
• Satış komandası üçün kalkulyatorun hazırlanması və təkmilləşdirilməsi;
• DWH bazadan çıxarılan məlumatların düzgünlüyünün yoxlanılması.

Sizdən nə tələb olunur?

• Təhsil: Müvafiq istiqamət üzrə Bakalavr və Magistr təhsili.
• Tələb olunan iş təcrübəsi: ən azı 3 il iş təcrübəsi
• Lisenziya / Sertifikat: FRM üstünlük verilir
• Xarici dillər: İngilis/Rus
• Kompüter bilikləri: MS Office
• Məhsul üzrə biliklər
• Bazar üzrə biliklər
• Databaza ilə işləmək bacarığı
• Riyazi biliklər
• SQL və Python: üstünlük verilir

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 09.11.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıqda “Marketinq Tədqiqatı və Analitika üzrə Mütəxəssis / Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button