2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

PAŞA Bankda yeni təyinat olub

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank”-ın Fərdi Bankçılıq departamentinə yeni kadr təyinatı baş tutub. Bankdan banco.az-a verilən məlumata əsasən, departamentin yeni direktoru vəzifəsinə Anar Abbasov təyin olunub.

Uzun müddətdir ki, özəl sektorda çalışan A.Abbasov bankçılıq və sığorta fəaliyyətinin idarə olunmasında zəngin təcrübəyə malikdir. 2008-ci ildən bəri o, “Bank of Baku” ASC-də müxtəlif biznes sahələrində, o cümlədən rəqəmsal bankçılıq, informasiya texnologiyaları, biznes prosesləri, layihələrin idarə edilməsi və başqa sahələrdə çalışıb. 2012-ci ildən həmin bankın müxtəlif departamentlərinə rəhbərlik etmiş, o cümlədən Məhsulların Yaradılması Komitəsinin sədri, sonra isə İT və Ödəniş Sistemləri üzrə sahə rəhbəri kimi fəaliyyətinə davam edib. 

29 iyun 2021-ci il tarixində Anar Abbasov İdarə Heyəti Sədrinin müşaviri qismində “PAŞA Bank”ın komandasına qoşulub. 11 avqust tarixində A.Abbasov Fərdi Bankçılıq departamentinin direktoru vəzifəsinə təyin edilib. 

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, A.Abbasov Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və hüquq” fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, həmçinin “Sheffield” Universitetinin “Ümumi idarəetmə” proqramı üzrə MBA dərəcəsini almaq üzrədir.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button