Loading...
Loading...
ManşetSEÇMƏ

“Paşa holdinq” Kəmaləddin Heydərovun daha bir biznesinə əl qoydu

Xəzər dənizinin balıq məhsullarının satışı və ixracı bazarında yeni şirkət dövriyyəyə girir. Artıq Vergilər Nazirliyi “Neftchala Fish Factory” MMC-ni dövlət qeydiyyatına alıb.

24saat.org saytı AzEuroNews.com-a istinadən bildirir ki,yeni müəssisə “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər, 153-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 310 min manat, qanuni təmsilçisi Nəriman Həsən oğlu Sərdarlıdır.

“Port Baku Towers” ünvanında qurulan şirkətin niyyəti ölkənin balıq vətəgələrinin yerləşdiyi ərazidə yeni balıqçılıq zavodunun qurulmasıdır.

Hər halda yeni müəssisəyə «Neftchala Fish Factory» adı verilib. Yeni şirkətin gerçək təsisçinin kimliyini ehtimal etmək çətin deyil.

Şirkətin rəhbəri isə bir başqası yox, holdinqin investisiyalar üzrə direktoru Nəriman Sərdarlıdır.

Bu isə o deməkdir ki, Neftçalada nərə balığı və kürüsü istehsalı “Paşa holdinq”in nəzarətinə keçir.

İndiyə qədər isə Neftçala, Salyan, Lənkəran, Astara, Xaçmaz, Siyəzən, ümumən Azərbaycanın balıq vətəgələri olan ərazilərinin tək sahibi “Caspian Fish” şirkəti olub.

“Neftchala Fish Factory” MMC-nin dövlət qeydiyyatına alınması “Caspian Fish” şirkətinin balıq bazarını ya tərk edəcəyi ya da səhmlərinin kiçiləcəyi ehtimalı yaradır.

“Caspian Fish” şirkəti 2001-ci ilin 10 fevralında yaranıb.

Şirkət kürü və balıq məhsulları istehsalı üzrə təkcə Azərbaycanda deyil, bütün post-sovet məkanında tanınmış şirkətlərdən biridir.

1992-ci ildə yaradılan «Azərbalıq» Dövlət Konserni ləğv edildikdən sonra balıqçılıq təsərrüfatlarının çoxu 2001-ci ildə yaradılan «Caspian Fish Azerbaijan»a verilib.

Şirkətin prezidenti İran azərbaycanlısı, uzun illər Avropa ölkələrində balıq məhsullarının ticarətilə məşğul olan Əhədpurdur.

Ancaq onunla Azərbaycan hökuməti arasında problemlər yaşandığı haqda xəbərlər də var. Hazırda “Gilan holdinq”in nəzarətində olan şirkətin yerini “Neftchala Fish Factory” MMC-yə verəcəyi istisna deyil.

Qeyd edək ki, “Vikiliks” sənədlərində “Caspian fish”in qeyri-rəsmi sahibinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu göstərilib.

24saat.org

Gözdən qaçırmayın:  “Rusiya yerli əhalidən “CANLI SİPƏR” kimi istifadə edir" - RƏSMİ AÇIQLAMA

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button