Now Reading:
Paşa Qəlbinurdan İSMARIC: “Özlərini yormasınlar, daha 5 illiyə kafedra müdiri seçilmişəm”

Bir müddət öncə Azərbaycan Tibb Universitetində bəzi yaşlı kafedra müdirlərinin yeni simalarla əvəzlənməsi barədə məlumat vermiştik.

Bundan əndişəyə düşən bir sıra kafedra müdirləri universitetin yeni rəhbərliyinə müxtəlif kanallarla yol tapmağa çalışsalar da, əldə etdiyimiz məlumata görə, rektorun məsələyə reaksiyası onları xeyli məyus edib.

Artıq universitetdə hər kəs bilir ki, yeni rektor Gəray Gərayzadə ilə köhnələrin dili ilə desək, “dədə-baba qaydası” ilə danışmaq mümkün deyil.

Odur ki, yaşlı kafedra müdirlərinin çoxu taleləri ilə barışmalı olublar.

Əldə etdiyimiz məlumata görə, uzun illərdir ki, Oftalmologiya kafedrasının müdiri işləyən Paşa Qəlbinurla bağlı da rəhbərliyin müsbət fikri yoxdur.

Buna səbəb kimi 20 ildən artıq müddətdə bu kafedrada elmi nailiyyətin olmadığı, cəmi 3 nəfərin elmi iş müdafiə etdiyi söylənilir. Onlar da Fiziologiya İnstitutunda N.Məmmədlinin hesabına bu uğuru əldə ediblər. O da iddia olunur ki, Tibb Universitetinin Oftalmologiya kafedrası P.Qəlbinurun az qala ailə biznesinə çevrilib.

Modern.az saytının əməkdaşı iddialarla bağlı kafedra müdirinin özü ilə əlaqə saxlayıb.

Paşa Qəlbinur bildirib ki, artıq növbəti 5 il müddətinə də kafedra müdiri seçilib və hazırda da işinin başındadır: “Mənim vəzifədən kənarlaşdırılmağım kimlərinsə marağındadır. Bilmirəm kimdir, amma bildirmək istəyirəm ki, nahaq yerə özlərini yormasınlar. Mən heç narahat deyiləm. Hamının da Yeni ilini təbrik edirəm. Yeni kitablarım, hətta İngiltərədə monoqrafiyam çıxıb. İşlərimə davam edirəm”.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.